| Araz Əzimov | |
|---|---|
| | |
Xarici İşlər Nazirinin müavini | |
Vəzifədədir | |
| 25 iyun 1994-cü ildən | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 13 iyun 1962 (64 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
| Fəaliyyəti | diplomat |
| Atası | Böyükağa Əzimov |
| Təltifləri | |
Araz Böyükağa oğlu Əzimov (13 iyun 1962, Bakı) — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, diplomat.
Həyatı
Araz Əzimov 1962-ci il iyunun 13-də Bakı şəhərində anadan olmuşdur. Sovet ordusunun tərkibində Əfqanıstanda xidmət etmişdir. 1984-cü ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1984–1989-cu illərdə Azərbaycan Dövlət Teleradio Şirkətində işləmişdir. 1989–1990-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin informasiya şöbəsində 2-ci katib, 1990–1991-ci illərdə 1-ci katib, 1991–1992-ci illərdə müdir müavini, 1992–1994-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Beynəlxalq təşkilatlar idarəsinin rəisi olmuşdur.
1994-cü ildən indiyə kimi Azərbaycan Xarici İşlər Nazirinin müavinidir. 2019-cu ilin iyul ayında Araz Əzimov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi vardır.
İngilis, fars, rus və türk dillərini bilir.
Evlidir, iki oğul atasıdır.
- 13 iyunda doğulanlar
- 1962-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- Bakı Dövlət Universitetinin məzunları
- 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilənlər
- Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan Respublikasının xarici işlər nazirlərinin müavinləri
- Azərbaycan diplomatları