Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qarabağ dairəsi və ya Qarabağ mahalı — Azərbaycan Sovet Sosialist Respublikasında 1929–1930-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi. İnzibati mərkəzi Ağda

Qarabağ dairəsi

Vikipediya, azad ensiklopediya
Qarabağ dairəsi
Ölkə
  •  Azərbaycan SSR
İnzibati mərkəz Ağdam
Tarixi və coğrafiyası
Yaradılıb 8 aprel 1929
Ləğv edilib 8 avqust 1930
Qarabağ dairəsi 1929-cu ilin aprel ayından 1930-cu ilin yanvar ayınadək
Qarabağ dairəsi 1929-cu ilin aprel ayından 1930-cu ilin yanvar ayınadək
Qarabağ dairəsi 1930-cu ilin yanvar–avqust aylarında
Qarabağ dairəsi 1930-cu ilin yanvar–avqust aylarında

Qarabağ dairəsi və ya Qarabağ mahalı — Azərbaycan Sovet Sosialist Respublikasında 1929–1930-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi. İnzibati mərkəzi Ağdam olmuşdur. Bu səbəbdən Ağdam dairəsi (Ağdam mahalı) kimi də adlandırılmışdır.

Tarixi

Qarabağ dairəsi VI Ümum-Azərbaycan Sovetlər Qurultayının 8 aprel 1929-cu il tarixli qərarı ilə Azərbaycan SSR-də qəzaların ləğv edilməsi nəticəsində yaradılmışdır. Ağdam, Cəbrayıl və Kürdüstan qəzalarını əvəz etmişdir. Regiondakı Dağlıq Qarabağ Muxtar Vilayətinə isə öz muxtariyyət statusunu saxlamaqla Qarabağ dairəsinin tərkibinə daxil olmaq hüququ verilmişdir.

Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 25 yanvar 1930-cu il tarixli qərarı ilə Kürdüstan dairəsi Qarabağ dairəsinin tərkibindən ayrılaraq müstəqil inzibati vahid kimi yaradılmışdır.

SSRİ Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin "Dairələrin ləğv edilməsi haqqında" 23 iyul 1930-cu il tarixli qərarına uyğun olaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Soveti 8 avqust 1930-cu ildə Azərbaycan SSR ərazisində dairələrin ləğv edilməsi haqqında qərar qəbul etmişdir. Bununla Qarabağ dairəsi də daxil olmaqla ölkə ərazisindəki bütün dairələr ləğv olunmuş, onların ərazisində ümumilikdə 63 rayon təşkil edilmişdir.

Həmçinin bax

  • Qarabağ iqtisadi rayonu
  • Şərqi Zəngəzur iqtisadi rayonu
Üst