Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Çarlz Vilks (ing. Charles Wilkes; 3 aprel 1798[…], Nyu-York – 8 fevral 1877[…], Vaşinqton) — amerikalı gəmi kapitanı və səyyah, 1838–1842-ci illər aralığında Bö

Çarlz Vilks

Vikipediya, azad ensiklopediya
Çarlz Vilks
ing. Charles Wilkes
Doğum tarixi
Doğum yeri ABŞ ABŞ, Nyu-York
Vəfat tarixi (78 yaşında)
Vəfat yeri ABŞ ABŞ, Vaşinqton
Dəfn yeri
  • Arlinqton milli qəbiristanlığı
Milliyyəti Amerikalı
Təhsili
  • Kolumbiya Universiteti
Fəaliyyəti Səyyah
Fəaliyyət illəri 1818-ci ildən
Üzvlüyü
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • Amerika Fəlsəfə Cəmiyyəti (1843-cü ildən)
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çarlz Vilks (ing. Charles Wilkes; 3 aprel 1798[…], Nyu-York – 8 fevral 1877[…], Vaşinqton) — amerikalı gəmi kapitanı və səyyah, 1838–1842-ci illər aralığında Böyük Şimal okeanının bir sıra adalarını dolaşmış, elmi kəşf heyətini idarə etmişdir. Daha sonra Avstraliyaya gedib, Antarktidada "Vilks ərazisi"ni kəşf etdi və Fici ilə Havay adalarını, ABŞ-nin şimal-qərb sahillərini gəzdi və Filippin yoluyla Kalimantana qədər geri döndükdən sonra, Polineziya Ümid burnu yolu ilə ölkəsinə çatdı. Daha sonra səyyah bu səfərindən bəhs edən bir kitab yayımladı (1844) və bu kitabda elmi kəşflərindən bəhs etdi.

Həyatı

Vilks 1798-ci il 3 aprel tarixində, Nyu-York şəhərində anadan olmuşdur. Anası Meri Siton 1802-ci ildə, Vilks hələ üç yaşında ikən vəfat etmişdir. Nəticədə, Çarlz xalası Elizabet Ann Siton tərəfindən böyüdüldü. Elizabet 5 uşağla dul qaldığı zaman Vilks yatılı məktəbə göndərildi, və sonra o Kolumbiya Kolecində təhsilinə davam etdir. Vilk 1826-cı ildə ABŞ hərbi donanmasına "dəniz hərbi məktəb tələbəsi" (midshipman) olaraq daxil oldu və 1826-cı ildə Leytenant rütbəsi ilə təltif olunmuşdur.

Üst