| Bəyazid Bəstami | |
|---|---|
| fars. بایزید بسطامی | |
| | |
| Doğum tarixi | təq. 804 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 848 (43–44 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri |
|
| Fəaliyyəti | Şeyx, müəllim |
Bəyazid Bəstami (ərəb. أبو يزيد البسطامي, fars. بایزید بسطامی; təq. 804, Bəstam, Simnan ostanı – 848, Şahrud şəhristanı, Simnan ostanı) — IX əsrdə yaşamış sufi.
Həyatı
İranın Simnan ostanında olan Bəstam şəhərində 804-cü ildə doğulmuşdur. Künyəsi, Əbu Yeziddir. Adı Tayfur, atasının adı İsadır. Qəbri yenə Bəstamdadır. Babası İslamiyəti sonradan qəbul etmiş olan bir Zərdüşt idi. Babasının Adam, Tayfur ve Əli adında üç oğlu vardı. Hamısı da zöhd (zahid) həyatı yaşamağı seçmiş adamlar olaraq tanınırdılar. Bəyazid, Tayfurun oğlu olaraq dünyaya gəlmişdir. Uşaqlığının çoxunu evdə və məsciddə tək başına keçirmişdi. Tərkidünya bir həyat yaşamasına baxmayara evinə tez-tez Sufilik haqqında danışmaq məqsədilə ziyarətçilər qəbul edirdi. Allah ilə başbaşa qalmaq məqsədilə bütün dünyəvi arzularını tərk etmiş (Melamilik-Kalenderilik) bir şəkildə zahid həyatı sürmüşdüt.
Bəyazid Bəstami IX əsrdə yaşayıb. Onun ideyası bu idi ki, mən Allaha qovuşa bilirəm, məqamım yüksəkdir, ona görə mənə səcdə qılın. Əgər Allaha qovuşa bilirəmsə, mən Allahın bir hissəsiyəm.
Onun məşhur bir sözü var: "Mən əbamı açıram, içində Allahdan başqa heç nə görmürəm". Təbii ki, Bəstaminin bu sözləri о dövrdə İslam aləmində yaxşı qarşılanmırdı. Hətta peyğəmbər belə Allahla birbaşa ünsiyyətdə ola bilmədiyi halda (bu ünsiyyət mələklər vasitəsilə həyata keçirilirdi) о deyirdi ki, mən Allahla birbaşa ünsiyyətə girirəm. Ona görə də əl-Bəstami böyük təzyiqlərə məruz qalmışdı. Əl-Bəstaminin nəzəriyyəyə daxil etdiyi mühüm bir anlayış isə "fəna" anlayışıdır. Əgər insan sevirsə, özünü sevgilisində tapırsa, öz kimliyi yoxa çıxır, yəni fəna olur. Ona görə biz Allahı seviriksə, ilahi sevgiyə gediriksə, Allahla birləşirik. Bizim kimliyimiz yoxa çıxır. Bu məqama о "fəna" deyirdi. Bəstami sufi yolunun, sufi təriqətinin məqsədini fənada görürdü. Yəni sufinin özünün kimliyi qeyb olur və Allahda özünü yenidən tapır.
Ədəbiyyat
- Könül Bünyadzadə, Təsəvvüf fəlsəfəsinin ilk mənbələri. Sərrac Tusinin "əl-Lümə‘" əsəri, Bakı: "Qamma servis", 2002.
- 804-cü ildə doğulanlar
- Simnan ostanında doğulanlar
- 848-ci ildə vəfat edənlər
- İranda vəfat edənlər
- Övliyalar
- IX əsr filosofları
- İran filosofları
- Müsəlman teoloqlar
- Farslar
- Sufilər
- Nəqşibəndilik