| Başkənd Universiteti | |
|---|---|
| Başkent Üniversitesi | |
| | |
| Əsası qoyulub | 1994 |
| Ölkə |
|
| Sayt | baskent.edu.tr/tr/ |
| 39°53′15″ şm. e. 32°39′14″ ş. u.HGYO | |
![]() | |
Başkənd Universiteti (türk. Başkent Üniversitesi) — Türkiyənin Ankara şəhərində yerləşən özəl universitet. Universitet 13 yanvar 1994-cü ildə Türkiyə Orqan Transplantasiyası və Yanıq müalicəsi Vəqfi və Haberal Təhsil Vəqfi tərəfindən Ankarada yaradılmışdır. Universitet 13 yanvar 1994-cü ildə professor doktor Mehmet Haberal tərəfindən təsis edilmişdir. Universitetin mərkəzi Ankara şəhərində yerləşir, ölkə üzrə tibbi və tədqiqat mərkəzləri, həmçinin dializ mərkəzlərinə malikdir.
Tarixi
Başkənd Universiteti Türkiyədə səhiyyə elmlərini tədris edən ilk özəl universitet olaraq, 1993-cü ildə Türkiyə Orqan Transplantasiyası və Yanıq Müalicəsi Vəqfi ilə Haberal Təhsil Vəqfi əməkdaşlığı ilə təsis edilmişdir.
Universitet son səkkiz il ərzində dövlət dəstəyi olmadan inkişaf edərək böyümüşdür. 1995-ci ildə kampusda binaların tikintisinə başlanmış və o vaxtdan bəri bir çox digər obyektlər əlavə edilmişdir. Hazırda universitet tədrisdə elmi yanaşması baxımından Türkiyənin seçilmiş ali təhsil müəssisələrindən biri hesab edilir.
19 may 2004-cü ildə Başkənd Universiteti "Kanal B" adlı televiziya kanalının yayımlanmasına başlamışdır. Televiziya kanalının studiyaları və digər obyektlər kampus ərazisində yerləşir.
Fakültələr, şöbələr və məktəblər
Fakültələr
- Gözəl sənətlər, dizayn və memarlıq fakültəsi
- Kommunikasiya fakültəsi
- Stomatologiya fakültəsi
- İqtisadi və idarəetmə elmləri fakültəsi
- Təhsil fakültəsi
- Mühəndislik fakültəsi
- Səhiyyə elmləri fakültəsi
- Tibb fakültəsi
- Elm və ədəbiyyat fakültəsi
- Ticarət elmləri fakültəsi
- Əczaçılıq fakültəsi
Universitetlə əlaqəli təşkilatlar və institutlar
Mərkəzlər
- Mithat Çoruh Keyfiyyət İdarəetmə Mərkəzi
- Dil Araşdırmaları Mərkəzi
- Atatürk Prinsipləri Araşdırmaları Mərkəzi
İnstitutlar
- Təhsil Elmləri İnstitutu
- Səhiyyə Elmləri İnstitutu
- Elm İnstitutu
- Sosial Elmlər İnstitutu
- Avropa İttifaqı və Beynəlxalq Münasibətlər İnstitutu
- Transplantasiya və Gen Elmləri İnstitutu
- Yanıq, Yanğın və Təbii Fəlakətlər İnstitutu
Peşə Ali Məktəbləri
- Sosial Elmlər Peşə Ali Məktəbi
- Texnologiya Peşə Ali Məktəbi
- Səhiyyə Elmləri Peşə Ali Məktəbi
Məktəblər
- Ayşeabla Məktəbləri
- Adana Başkənd Məktəbləri
Xəstəxanalar
- Başkənd Universiteti Ankara Xəstəxanası
- Ayaş Fiziki Terapiya və Reabilitasiya Mərkəzi
- Yapracık Geriatrik və Psixososial Reabilitasiya Mərkəzi
- Başkənd Universiteti Adana Tibb və Tədqiqat Mərkəzi
- Başkənd Universiteti İzmir Zübeyde Hanım Tibb və Tədqiqat Mərkəzi
- Başkənd Universiteti Alanya Tibb və Tədqiqat Mərkəzi
- Başkənd Universiteti Konya Tibb və Tədqiqat Mərkəzi
- Başkənd Universiteti Elmalık (Yalova) Dializ Mərkəzi
- Başkent Universiteti İskəndərun Dializ Mərkəzi
- Başkənd Universiteti İstanbul Dializ Mərkəzi
- Başkənd Universiteti Eksperimental Tədqiqat Mərkəzləri
- Əlifba sırasına görə təhsil müəssisələri
- 1994-cü ildə yaradılmış təhsil müəssisələri
- Türkiyə universitetləri
