| Xalidə Hasilova | |
|---|---|
| Xalidə Məmməd qızı Hasilova | |
| Doğum tarixi | 19 aprel 1920 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 5 dekabr 1996 (76 yaşında) |
| Vəfat yeri |
|
| Təhsili |
|
| Fəaliyyəti | şair |
| Mükafatları | |
Xalidə Məmməd qızı Hasilova (19 aprel 1920, Zaqatala – 5 dekabr 1996, Bakı) — Azərbaycanın yazıçısı, Azərbaycan Əməkdar Mədəniyyət İşçisi.
Həyatı
Xalidə Hasilova 1920-ci ildə Zaqatalada anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Leninqrad Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Müxtəlif illərdə "Azərbaycan qadını" jurnalında ədəbi işçi (1952-1953), "Göyərçin" jurnalının baş redaktoru (1966-1972), uzun illər isə "Azərbaycan qadını" jurnalının baş redaktoru kimi çalışmışdır.
Mükafatları
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 18.05.1972
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 24.02.1979
- Qırmızı Əmək Bayrağı ordeni — 18.04.1980
Yaradıcılığı
Azərbaycan qadınlarının həyatından bəhs edən "Hamı doğmadır mənə", "İnsan ömrü bir nəğmədir" pyeslərini yazmışdır. Maraqlı nəsr əsərlərinin müəllifi kimi tanınan yazıçının "İlk məktub" (1951), "Lalənin kitabı" (1955), "İki yoldaş" (1956), "Onun taleyi" (1969), "Nəğməli könül" (1976), "Məhəbbət olmayanda" (1983), "Çətin yollar boyunca" (1986), "Xoruzlu dəsmal" (1994) və s. kitabları çap olunmuşdur. Uzun illər "Göyərçin" və "Azərbaycan qadını" jurnallarının redaktoru olmuş X.Hasilova "Kiçik hekayələr" (1950), "Lalənin kitabı" (1955), "Ulduzlu papaq" (1960), "Atlas yarpaqlar" (1965) və s. uşaq kitablarının müəllifidir. Eyni zamanda, o, kiçik yaşlı uşaqlar üçün tərcümələri ilə də ədəbiyyatımızı zənginləşdirmişdir. N.Nosovanın "Şən ailə" (1951), N.Tixonovun "İgid partizan" (1955), İlda Pereranın "Zənci balası Atolo" (1965), Ə.Nesinin "İndiki uşaqlar möcüzədir" (1972), Melih Bayramın "Günəş gözlü Mustafa Kamal" (1992) və b. kitabları bu qəbildəndir. Xalidə Hasilova bir sıra nəzəri məqalələrin də müəllifidir ki, onların əksəriyyəti uşaq ədəbiyyatı problemlərilə əlaqədardır. Bunlardan "Uşaq ədəbiyyatında ədəbi tənqid haqqında" "Gözəl duyğular", "Uşaqlara yüksək keyfiyyətli əsərlər verək", "Ədəbiyyat və tərbiyə" və s. göstərmək olar.
- 19 apreldə doğulanlar
- 1920-ci ildə doğulanlar
- Zaqatalada doğulanlar
- 5 dekabrda vəfat edənlər
- 1996-cı ildə vəfat edənlər
- 76 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Sankt-Peterburq Dövlət Universitetinin məzunları
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- Azərbaycan SSR əməkdar mədəniyyət işçiləri
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilənlər
- Əlifba sırasına görə yazıçı və şairlər
- Qəbulzadələr
- Azərbaycan şairləri
- Azərbaycanlı şairlər
- Azərbaycan yazıçıları
- Azərbaycanlı yazıçılar
- Azərbaycan publisistləri
- Azərbaycanlı publisistlər
- Azərbaycan feministləri
- Azərbaycan qəzet redaktorları
- Azərbaycan tərcüməçiləri
- Azərbaycanlı tərcüməçilər