Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Şükürbəyli — Azərbaycan Respublikasının Füzuli rayonunun Kərimbəyli kənd inzibati ərazi dairəsində kənd.

Şükürbəyli (Füzuli)

39°31′30″ şm. e. 47°20′14″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Şükürbəyli
39°31′30″ şm. e. 47°20′14″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Füzuli rayonu
Bələdiyyə Kərimbəyli bələdiyyəsi
Əhalisi
Rəsmi dili
Xəritəni göstər/gizlə
Şükürbəyli xəritədə
Şükürbəyli
Şükürbəyli

Şükürbəyli — Azərbaycan Respublikasının Füzuli rayonunun Kərimbəyli kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası

Kəndin keçmiş adı Əyrili olmuşdur. Yaşayış məntəqəsi əvvəllər Əyrili adlı sahədə salınmış, sonralar yerini dəyişmişdir. Yeni ərazidə kəndin əsasını qoymuş Şükürbəyin adı ilə adlandırılmışdır.

Tarixi

Şükürbəyli Füzuli şəhərinin işğalından 5 gün sonra — 1993-cü il avqustun 28-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. İşğaldan sonra kənd 4 ay müddətində talan edilib. 1994-cü il yanvarın 4-dən 5-nə keçən gecə Azərbaycan ordusunun hücum əməliyyatı ilə Füzulinin işğaldan azad edilən yaşayış məntəqələrindən biri Şükürbəyli olub.

7.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin versiyasının "Füzuli rayonu" bölməsinə əsasən yaradılan 18 bələdiyyədən biri də Füzuli rayonunun Şükürbəyli bələdiyyəsi olub.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyası Füzuli rayonunda "Bərpa və Vətənə Qayıdış Proqramı" çərçivəsində 1999–2001-ci illərdə rayonun bu kəndində dağılmış evləri bərpa etmiş və köçkün ailələrin geri qayıtması üçün şərait yaratmışdı.

18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun 18-ci hissəsinə əsasən: "18. Füzuli rayonu üzrə: 18.4. Aşağı Yağlıvənd, Kərimbəyli, Şükürbəyli və Zobucuq bələdiyyələrinin əhatə etdiyi Birinci Zobucuq, İkinci Zobucuq, Üçüncü Zobucuq, Dördüncü Zobucuq, Beşinci Zobucuq qəsəbələrində və Aşağı Yağlıvənd, Kərimbəyli, Şükürbəyli kəndlərində Kərimbəyli bələdiyyəsi" yenidən təşkil edilib.

Coğrafiyası və iqlimi

Kənd Quruçay ilə Köndələnçay arasında, düzənlikdə yerləşir.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq olub.

2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Füzuli rayonunun yaşayış məntəqələrində subartezian quyularının qazılması nəzərdə tutulmuşdur. Sərəncama əlavə edilmiş siyahıda Şükürbəyli kəndi üçün 2 subartezian quyusunun qazılması və həmin quyulardan 1629 nəfərin faydalanmasının nəzərdə tutulduğu göstərilmişdir.

Həmçinin bax

  • Şükürbəyli bələdiyyəsi
  • Kərimbəyli bələdiyyəsi
Üst