Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səlcuq Bayraqdaroğlu (türk. Selçuk Bayraktaroğlu; 9 mart 1961) — Türkiyə hərbi xadimi, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi (2025-ci ildən), ordu gen

Səlcuq Bayraqdaroğlu

  • Ana Səhifə
  • Səlcuq Bayraqdaroğlu

Səlcuq Bayraqdaroğlu (türk. Selçuk Bayraktaroğlu; 9 mart 1961) — Türkiyə hərbi xadimi, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi (2025-ci ildən), ordu generalı (2021).

Səlcuq Bayraqdaroğlu
türk. Selçuk Bayraktaroğlu
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi
Vəzifədədir
5 avqust 2025-ci ildən
ƏvvəlkiMətin Gürak[d]
Türkiyə Quru Qoşunlarının komandanı
3 avqust 2023 – 5 avqust 2025
ƏvvəlkiMusa Avsevər[d]
SonrakıMətin Tokel[d]
Şəxsi məlumatlar
Doğum tarixi 9 mart 1961(1961-03-09) (65 yaş)
Təhsili
  • Quləli Hərbi Liseyi,
  • Türkiyə Quru Qoşunları məktəbi,
  • MEBS Məktəbi və Təhsil Mərkəzi[d],
  • Quru Qoşunları Akademiyası[d]
Fəaliyyəti zabit
Uşağı 2
Hərbi xidmət
Qoşun növü Türkiyə Quru Qoşunları
Rütbəsi Ordu generalı
Təltifləri "Nişan-e-İmtiyaz" ordeni Türkiyə Silahlı Qüvvələrinin üstün xidmət medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Səlcuq Bayraqdaroğlu 9 mart 1961-ci ildə Artvin ilinin Yusufeli ilçəsinin Kılıçkaya qəsəbəsində anadan olub. 1977-ci ildə Kuleli Hərbi Liseyini, 1981-ci ildə Quru Qoşunları Hərbi Məktəbini, 1982-ci ildə Rabitə və Elektron İnformasiya Sistemləri Məktəbi və Təlim Mərkəzini, 1993-cü ildə Quru Qoşunları Hərbi Akademiyasını bitirib. 1997-ci ildə isə Silahlı Qüvvələr Akademiyasını bitirib.

1993–1995-ci illərdə 41-ci piyada briqadası və 121-ci komando alayında (Tunceli, Bingöl, həmçinin 4 ay İraqın şimalında) kəşfiyyat və əməliyyatlar şöbəsinin rəisi, 1995–1998-ci illərdə Quru Qoşunları Komandanlığının Şəxsi Heyət İdarəsində layihə zabiti, 1998–1999-cu illərdə Azərbaycan Respublikasının Naxçıvandakı Ordu Qərargahında qərargah zabiti olaraq xidmət keçmişdir.

1999–2001-ci illərdə Kipr Türk Sülhməramlı Qüvvələri alayında və Şimali Kipr Türk Respublikasında yerləşən 39-cu mexanikləşdirilmiş piyada diviziyasında piyada taborunun komandiri olmuş, 2001–2004-cü illərdə Milli Müdafiə Nazirliyinin Hərbi Çağırış İdarəsində şöbə rəisi, 2004–2005-ci illərdə Uzunköprüdə yerləşən 4-cü mexanikləşdirilmiş piyada briqadasında briqada komandirinin müavini, 2005–2009-cu illərdə isə Baş Qərargahın Kəşfiyyatın Təhlili və Qiymətləndirilməsi üzrə 2-ci İdarəsinin əsaslı təhlil şöbəsinin rəisi vəzifələrində çalışmışdır.

2009-cu ildə Səlcuq Bayraqdaroğluna general-mayor (tuğgeneral) ali hərbi rütbəsi verilib. Bu rütbədə 2009–2011-ci illərdə 9-cu motorlu piyada briqadasına, 2011–2013-cü illərdə isə Quru Qoşunlarının Logistika Komandanlığında Sursat Komandanlığına rəhbərlik edib.

2013-cü ildə general-leytenant (tümgeneral) rütbəsinə yüksəlib. 2013–2014-cü illərdə Baş Qərargahın Rabitə və Elektron İnformasiya Sistemləri və Kibertəhlükəsizlik Komandanlığına rəhbərlik edib və 2014–2016-cı illərdə Quru Qoşunların 3-cü Ordu Korpusunun qərargah rəisi olub.

2016-cı ildə general-polkovnik (korgeneral) rütbəsinə yüksəlib və Baş Qərargahın Şəxsi Heyət İdarəsinə rəis təyin olunub. 9 yanvar 2020-ci ildə Mətin Gürakın Türkiyə Silahlı Qüvvələrində Liviya üzrə vəzifəyə təyin edilməsi ilə əlaqədar olaraq Baş Qərargah rəisinin müavini vəzifəsini müvəqqəti icra etməyə başlayıb. 24 avqust 2021-ci ildə bu vəzifəyə rəsmi olaraq təsdiq edilib və həmin ay ona ordu generalı (orgeneral) rütbəsi verilib.

24 dekabr 2021-ci ildə Türkiyənin milli müdafiə naziri Hulusi Akar tərəfindən xidmətlərinə görə Türkiyə Silahlı Qüvvələrinin üstün xidmət medalı ilə təltif olunub.

16 avqust 2023-cü ildə Quru Qoşunları komandanı vəzifəsinə başlayıb. 5 avqust 2025-ci il tarixli Türkiyə Respublikası Prezidentinin Fərmanı ilə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilib.

Hürriyyət Bayraqdaroğlu ilə evlidir. İki övladı var.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 28, 2026

    Əliağa Ağayev

  • Mart 29, 2026

    Raquf Orucov

  • Mart 27, 2026

    Yazı

  • Aprel 02, 2026

    Şota Rustaveli

  • Aprel 03, 2026

    Şərur rayonu

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst