Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Palmer Torpağı (ing. Palmer Land) — Antarktik yarımadasının cənubunda, Qreyam Torpağı ilə Elsuort Torpağı arasında yerləşir. 1964-cü ilə qədər Antarktik yarımad

Palmer Torpağı

71°30′ c. e. 65°00′ q. u.HGYO
Vikipediya, azad ensiklopediya
Şahzadə Elizabet Torpağı
ing. "Palmer Land"
71°30′ c. e. 65°00′ q. u.HGYO
Ölkə  Antarktida
Xəritəni göstər/gizlə
Şahzadə Elizabet Torpağı xəritədə
Şahzadə Elizabet Torpağı
Şahzadə Elizabet Torpağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Palmer Torpağı (ing. Palmer Land) — Antarktik yarımadasının cənubunda, Qreyam Torpağı ilə Elsuort Torpağı arasında yerləşir. 1964-cü ilə qədər Antarktik yarımadası adlanırdı.

Adı

Torpağın adası amerikalı kapitan Nataniel Palmerin şərəfinə adlandırılmışdır. O, 1820−1821-ci illərdə Antarktik yarımadasını tətqiq etmişdir.

Yerləşməsi və sərhədləri

Palmer Torpağı Antarktik yarımadasınln cənubunda yerləşir.

  • Şimal sərhədi — Qreyam Torpağı ilə sərhəd qərbdən Ceremi burnu, şərqdən isə Agassiz burnuna uzanır.
  • Qərb sərhədi — I Aleksandr Torpağı ilə VI Georq boğazı ilə ayrılır. Boğazda VI Georq şelf buzlağı yerləşir.
  • Şərq sərhədi — Ueddell dənizi və Ronn şelf buzlağı.
  • Cənub sərhədi — Elsuort Torpağı. Bu iki torpaq arasında müxtəlif təzahür edir.

Relyef

Regionun relyefi yüksək dağlıqdır. Yüksək zirvələr istisna olaraq ərazi bütünlüklə buzla örtülüdür. Ueddell dənizi sahillərində yayda buzdan azad olmuş bölgələrə rast gəlinir. Torpağın şimalında Dayer platosu yerləşir.

Cekson dağı

Əsas silsilələri: Əbədilik, Syuard, Qutenko, Peqanov, Latadi. Ən hündür yüksəklikləri: Cekson, Ümid, Miloserdiya. Sahilləri: Uilkin, Orvillya, Lassiter, Blek, İnqliş. Şelf buzlağı: Larsen şelf buzlağı, Ronn şelf buzlağı, VI Georq şelf buzlağı

Geologiya

Palmer Torpağında maqnetit, qematit, limonit, pirit, halkopirit, azurit, qızıl и gümüş aşkarlanmışdır.

Ərazi mübahisəsi

Antarktida haqqında konvensiyaya görə 60 paralelə qədər ərazilərə iddialar zondurulmuşdur. Bununla belə əraziyə Böyük Britaniya (Böyük Britaniyanın Antarktika əraziləri, Çili (Çilinin Antarktika Bölgəsi), Argentina Agrentina Antarktikası.

Üst