Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Dakar meydanı və ya Dakar dairəsi — Bakı şəhərində yerləşən meydanlardan biri. "Neftçilər" metrostansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsi və Qara Qaray

Dakar meydanı

Vikipediya, azad ensiklopediya
Dakar meydanı
Ümumi məlumatlar
Ölkə
  •  Azərbaycan
Rayon Nizami
metro "Neftçilər"

Dakar meydanı və ya Dakar dairəsi — Bakı şəhərində yerləşən meydanlardan biri. "Neftçilər" metrostansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsi və Qara Qarayev prospektinin kəsişməsində yerləşir. Bakı sakinləri onu daha çox "Neftçilər dairəsi" kimi tanıyırlar. Meydan, Bakı ilə qardaşlaşmış şəhər olan Seneqalın paytaxtı, Dakar şəhərinin şərəfinə adlandırılmışdır. İki şəhər 1967-ci ildə qardaşlaşmışlar. 1987-ci ilin sentyabrında Dakar şəhərinin əsasının qoyulmasının 100 illiyi münasibətilə Dakar şəhər bələdiyyəsinin nümayəndə heyəti Bakıda səfərdə olmuş və Dakar meydanına baş çəkmişdir.

Meydanın mərkəzində mozaikalarla, göyərçin və salamlaşma təsvirləri ilə bəzədilmiş türbəşəkilli abidə, şərq tərəfində isə iki şəhərin gerblərini əks etdirən və fransızca "Cités Unies" (azərb. "Qardaşlaşmış şəhərlər"‎) sözləri yazılmış mozaikalı panno yerləşir.

Üst