Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əliabbas Mədətzadə Abbasqulu oğlu (1909, Maştağa, Bakı quberniyası – 1972, Bakı) — coğrafiya elmləri doktoru, professor, Azərbaycanın məşhur sinoptiki və iqlimş

Əliabbas Mədətzadə

Vikipediya, azad ensiklopediya
Əliabbas Mədətzadə
Doğum tarixi 1909(1909)
Doğum yeri
Vəfat tarixi 1972(1972) (62–63 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Elm sahələri iqlimşünaslıq, meteorologiya
Elmi dərəcəsi
  • coğrafiya elmləri doktoru
Elmi adı
  • professor
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji İnstitutu (1931)
Mükafatları Azərbaycan SSR Dövlət mükafatı — 1970

Əliabbas Mədətzadə Abbasqulu oğlu (1909, Maştağa, Bakı quberniyası – 1972, Bakı) — coğrafiya elmləri doktoru, professor, Azərbaycanın məşhur sinoptiki və iqlimşünası, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970).

Həyatı

Ə. A. Mədətzadə Bakının Maştağa qəsəbəsində anadan olmuşdur.1931-ci ildə ADPİ-nın fizika-riyaziyyat fakültəsini bitirib, Respublika Hidtometeoroloji xidmət idarəsində əmək fəaliyyətinə başlamışdır.

Elmi fəaliyyəti

İlk elmi işi 1936-cı ildə tərtib etdiyi "Azərbaycanın sinoptik rayonlaşdırılması" xəritəsi olmuşdur və ondan indi də hava proqnozlarının verilməsində istifadə olunur. 1946-cı ildə "Cənubi xəzərin fırtınaları" mövzusunda namizədlik, 1957-ci ildə isə "Abşeronun hava və iqlim tipləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1947–1950-ci illərdə Azərbaycan Hidrometeoroloji xidmət idarəsinin dəniz rəsədxanasının direktoru işləyib. Onun bütün həyatı AMEA Coğrafiya İnstitutu ilə bağlı olmuşdur.1959–1972-ci illərdə isə əvvəl sinoptik meteorologiya, sonra isə atmosfer fizikası şöbəsinə rəhbərlik edib. Onun Coğrafiya elmminə verdiyi töhfələr içərisində 1963-cü ildə çap olunmuş "Azərbaycan Respublikasının atlası"nda verdyi xəritələr xüsusi qeyd olunur. O, ilk dəfə Azərbaycana daxil olan hava kütlələrinin hərəkət istiqamətini müəyyənləşdirmiş, fəsillik hava proqnozunun metodikasını işləmiş, ilk dəfə təbii-sinoptik iqlim fəsillərinin xəritəsini tərtib etmişdir.

Elmi əsərləri

Ə. A. Mədətzadə "Cənubi Xəzərin qasırğaları", "Abşeronun hava növləri və iqlimi", "Şərqi Qafqazın təbii sinoptik iqlim fəsilləri"monoqrafiyalarının, çoxlu sayda xəritələrin və 100-ə qədər məqalənin müəllifi olub.

Həmçinin bax

Üst