| Kanar şamı | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| | ||||||||||
| Elmi təsnifat | ||||||||||
| Domen: Eukariotlar Klad: Diaphoretickes Ranqsız: Arxeplastidlər Aləm: Bitkilər Klad: Streptofitlər Klad: Ali bitkilər Klad: Çoxsporlu bitkilər Klad: Borulu bitkilər Klad: Toxumlu bitkilər Klad: Çılpaqtoxumlular Şöbə: İynəyarpaqlılar Sinif: İynəyarpaqlılar Yarımsinif: İynəyarpaqlılar Dəstə: İynəyarpaqlılar Fəsilə: Şamkimilər Yarımfəsilə: Şamkimilər Cins: Şam Növ: Kanar şamı | ||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
| ||||||||||
Kanar şamı (lat. Pinus canariensis) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Arealı
Vətəni Kanar arxipelaqı adalarıdır.
Botaniki xarakteristikası
Dekorativ ağacdır. Dünyanın digər şamlarından iynələrinin uzunluğu və yarpaq qoltuğunda 2 deyil, 3 iynəyarpağın olması ilə fərqlənir. Hündürlüyü 25 m-ə çatır. Düzdayanan budaqlı gövdəsi sarıdır, qabığının üzərində çatlar var. Parlaq, yaşıl iynəyarpaqlarının uzunluğu 30 sm-dir. Qozalar ovaldır. Tüzböyüyən və quraqlığadavamlı ağac növüdür.
Kanar şamının oduncağı çox möhkəm və odadavamlıdır, ona görə qiymətli inşaat və bəzək materialıdır. Bu ağacın oduncağından düzəldilən eyvanlar çürümür və yanğına davamlıdır. Kanar şamı bitən ağ yamaclarında digər bitkilər suyun çatışmazlığından əziyyət çəkmirlər. Onların iynəyarpaqlarında qalan rütubət daim torpağı nəmləndirir. Son dövrlərdə Bakı şəhərində yeni yolların ətrafının yaşıllaşdırılmasında rast gəlinir.
Həmçinin bax
- Şam ağacı
- Dekorativ ağaclar
- Qırmızı kitaba görə az qayğı tələb edən növlər
- Təhlükədə olmayan növlər
- Afrika florası