Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Ağbulaq, Alçalı (?–2015) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd.

Ağbulaq (Kəlbəcər)

40°06′16″ şm. e. 46°10′06″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Ağbulaq
40°06′16″ şm. e. 46°10′06″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Xəritəni göstər/gizlə
Ağbulaq xəritədə
Ağbulaq
Ağbulaq

Ağbulaq, Alçalı (?–2015) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd.

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

2020-ci ildə işğaldan azad edilib

Tarixi

29 may 2015-ci ildə Günəşli kənd inzibati ərazi dairəsi tərkibindəki Alçalı kəndi Ağbulaq kəndi adlandırılmışdır.

Kəlbəcər rayonunun ərazisində 3 ədəd Alçalı kəndi var. Alçalı (Qılınclı sovetliyi), Alçalı (Daşbulaq sovetliyi) və Alçalı (Günəşli sovetliyi). Bu kəndlər alça ağacları ilə bol olan ərazilərdə yerləşdiyinə görə belə adlanırlar.

Toponimikası

Kənd dağətəyi ərazidədir.

Yaylaqlar

Alagöllər yaylağı, Bədirbəyli yurdu, Qərvənd yurdu, Taxtadüz yurdu, Heydərin yurdu, Uçuğun başı yurd, Dəlikdaş yurdu, Sandıq yurd.

Bulaqlar

Zeynalın bulağı, Sarı bulaq, Daşdan çıxan bulaq, Sandıq bulağı.

Məşhur yerlər

Balaca göl yeri, Günəşqaya, Qırmızıqaya, Kəlölən.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil etmişdir.

Həmçinin bax

  • Günəşli (Kəlbəcər)
  • Nəbilər (Kəlbəcər)
Üst