| Qəmərşah Sultan | |
|---|---|
| Dəfn edildiyi Gülrux Xatun türbəsinin interyeri - Muradiyə külliyəsi, Bursa | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1473 |
| Doğum yeri |
|
| Vəfat tarixi | yanvar 1520 (46–47 yaşında) |
| Vəfat yeri |
|
| Atası | II Bəyazid |
| Anası | Gülrux Xatun |
| Həyat yoldaşı | Qoca Mustafa Paşa |
| Uşağı | ... xanım Sultan |
Qəmərşah Sultan (1473, Amasya ili – yanvar 1520, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin qızı.
Həyatı
Eynişah Sultan 1476-cı ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Gülrux Xatundur. Uşaqlıq illəri Amasyada keçən Qəmərşah Sultan 1491-ci ildə Qoca Mustafa Paşayla nigahlandı. Bu nigahdan adı məlum olmayan bir qızı dünyaya gəldi və bu qızını Məsih bəylə evləndirdi.
Atası və qardaşları arasında gedən taxt mübarizəsində ögey qardaşı Şahzadə Əhmədi dəstəklədi. Ancaq bu mübarizədə digər qardaşı Yavuz Sultan Səlim qalib gəldi və əri Qoca Mustafa Paşa 10 aylıq sədarətin ardından edam olundu. Ərinin edamından sonra Bursaya sürgün edilən Qəmərşah Sultan qalan ömrünü burada keçirdi. 1520-ci ildə vəfat edən Qəmərşah Sultan anasının Muradiyə külliyəsində özü üçün inşa etdirdiyi türbəsinə dəfn edildi.
Övladları
- ... xanım Sultan — Məsih bəylə nigahlanmışdır.
- 1473-cü ildə doğulanlar
- Amasya ilində doğulanlar
- 1520-ci ildə vəfat edənlər
- Bursada vəfat edənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Osmanlı sultanlarının qızları