| Ümumi sayı | |||
|---|---|---|---|
| 83,600 [0.8% İsveç əhalisinin 0.8% təşkil edir.] | |||
| Yaşadığı ərazilər | |||
| |||
| Dili | |||
| Kürdcə, İsveçcə (toplumun bir hissəsi gündəlik həyatlarında türkcə, ərəbcə və farsca istifadə etməkdədir.) | |||
| Dini | |||
| İslam | |||
| Mənşəyi | |||
| İrandilli xalqlar |
İsveç kürdləri (kürd. Kurdên Swêdê; isv. Kurder i Sverige) — İsveçdə yaşayan kürd icmasına verilən ümumi ad. İsveç kürdləri əsasən ölkə paytaxtı Stokholm və İsveçin əsas şəhərlərindən olan Uppsalada yaşayırlar. 1970-ci ildən etibarən kürdlərin İsveçdə müntəzəm olaraq məskunlaşması başlamışdır. Rəsmi məlumatlara görə ölkədə 83.600 nəfər kürd əsilli şəxs yaşayır və bu şəxslərin əksəriyyəti İsveçdə anadan olan yeni generasiyanən nümayəndələridir.
2004-cü ildə yaradılan və Börlenge şəhərini təmsil edən Dalkurd FK futbol klubu ölkədəki yerli kürd icmasının əsas simvollarından hesab olunur. Dalkurd FF 2017-ci il Superettan (əhəmiyyətinə görə ikinci futbol çempionatı) mövsümündə II yeri tutaraq, ölkənin əsas futbol çempionatı olan Allsvenskanda iştirak etmək hüququ əldə edib.
- İsveç kürdləri