| kənd | |
| Qəmərli | |
|---|---|
| 40°04′17″ şm. e. 44°17′21″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Sərdarabad mahalı |
| Rayon | Üçkilsə rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 830 m |
| Saat qurşağı | UTC+4 |
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
| Qəmərli | |
Qəmərli, Metsamor — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonu kənd.
Tarixi
Rayon mərkəzindən 8 km cənubda, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Gözlü Qəmərli olmuşdur.
Toponim qəmər (antik mənbələrdə kimmer) türk tayfa adına mənsubluq bildirən -li şəkilçisinin artırılması ilə əmələ gəlib «qəmər (kimmer) tayfasının yaşadığı kənd» mənasını bildirir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə adı dəyişdirilib Metsamor qoyulmuşdur.
Əhalisi
Kənddə 1831-ci ildə 127 nəfər, 1873 - cü ildə 295 nəfər, 1886-cı ildə 347 nəfər, 1897-ci ildə 408 nəfər, 1904 - cü ildə 411 nəfər, 1914 - cü ildə 436 nəfər, 1916-cı ildə 425 nəfər yalnız azərbaycanlı yaşamışdır.
1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya edilmiş və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.
İndi ermənilər yaşayır.
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Sərdarabad kəndləri
- Armavir mərzinin yaşayış məntəqələri