| Kərkincək qızılquş | ||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| | ||||||||||||
| Elmi təsnifat | ||||||||||||
| Domen: Eukariotlar Klad: Amorphea Klad: Obazoa Klad: Opisthokonta Klad: Holozoa Klad: Filozoa Klad: Choanozoa Aləm: Heyvanlar Yarımaləm: Eumetazoylar Klad: ParaHoxozoa Klad: İkitərəflisimmetriyalılar Klad: Nephrozoa Tipüstü: Sonağızlılar Tip: Xordalılar Sinif: Quşlar İnfrasinif: Yenidamaqlılar Klad: Neoaves Klad: Passerea Klad: Telluraves Klad: Australaves Klad: Eufalconimorphae Dəstə: Qızılquşkimilər Fəsilə: Qızılquşlar Yarımfəsilə: Qızılquşlar Cins: Qızılquş Növ: Kərkincək qızılquş | ||||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||||
| ||||||||||||
| ||||||||||||
Kərkincək qızılquş (lat. Falco vespertinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.
Təsviri
28–30 sm ölçüdə kiçik yırtıcı quşdur. Erkək fərdlər üçün bozumtul göy rəngli bel və qarın hissə, qırmızımtıl ayaqlar, dimdik və göz ətrafı halqa xarakterikdir. Dişilərdə sinə və qarın hissə narıncı rəngdədir. Göz ətrafı halqa qaradır.
Yayılması
Şərqi Avropada, Qərbi və Mərkəzi Asiyada yuvalayır. Qışlamaq üçün Afrika ölkələrinə köç edir. Azərbaycanda olduqca azsaylı növdür. XX əsrin əvvəllərində Muğan düzündə və ortalarında az sayda payız köçündə Qızılağac qoruğu ərazisində qeydə alınmışdır. 2010-cu ildə isə ilk Şirvan Milli Parkının ərazisində 1 cütün yuvalaması qeydə alınmışdır və aparılan monitorinqin nəticələri bu cütün artıq üç ildir ki müntəzəm olaraq ərazidə yuvaladığını göstərir.
Həyat tərzi
Dəniz səviyyəsindən 300–1500 m yüksəkliyə qədər ərazirlərdə yaşayır. Seyrək ağaclıqlar olan düzən ərazilərdə, əkin sahələri və otlaqlara yaxın sahələrdə yuvalayır. Qidasının əsasən iri cücülər, eləcə də kiçik quşlar və məməlilər təşkil edir.
Sayı
Dünya populyasiyası 300,000–800,000 fərd, Avropa populyasiyası isə 26,000–39,000 cüt olaraq qiymətləndirilir. Azərbaycanda yuvalamada cəmi bir cüt məlumdur.
Qorunması üçün qəbul edilmiş tədbirlər
Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, AB-nin Quş direktivinin 1-ci Əlavəsinə daxil edilmişdir. Avropa mühafizə statusuna malikdir (Vulnerable —həssas növ), CİTES, Bern və Bonn konvensiyalarına daxil edilmişdir. Şirvan Milli Parkında qorunur.
Həmçinin bax
- Qızılquş
- Türkiyə quşları
- İran quşları
- Rusiya quşları
- Həssas növlər
- Afrika quşları
- Qırmızı kitaba görə az qayğı tələb edən növlər
- Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları
- 1766-cı ildə təsvir edilən quşlar