Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qapıdaşqaya dağ silsiləsi — Azərbaycanın Şahbuz rayonu ərazisində dağ silsiləsi. Küküçayla Naxçıvançayın arasında yerləşir. Dağların çoxu sıldırım yamaclıdır. D

Qapıdaşqaya dağları

Vikipediya, azad ensiklopediya
Qapıdaşqaya dağ silsiləsi
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1782 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət
  • Şahbuz

Qapıdaşqaya dağ silsiləsi — Azərbaycanın Şahbuz rayonu ərazisində dağ silsiləsi. Küküçayla Naxçıvançayın arasında yerləşir. Dağların çoxu sıldırım yamaclıdır. Dərələyəz silsiləsinin suayırıcısındakı Keçəldağ zirvəsindən (3118,9 m) cənub-şərqə ayrılan Təklə qolunun cənub-qərbə istiqamətlənmiş eyniadlı şaxəsinin qurtaracağına cavab verir. Naxçıvançayın İşgəsuçay və Qışlaqçay sağ qollarının suayrıcısıdır. Uzunluğu təqribən 12 km-dir. Ən yüksək zirvəsinin hündürlüyü 2285,6 m-dir. Orta və Üst Eosenin çökmə və vulkanogen-çökmə süxurlarından təşkil olunmuş  diaklinal morfostruktur əmələ gətirir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid edilir. Geoloji  quruluşunda bir sıra  antiklinal və sinklinal qırışıqlar, həmçinin müxtəlif istiqamətli fay və fay-yerdəyişmə qırılmaları müşahidə olunur.

Həmçinin bax:

Üst