| Dibəkli dağı | |
|---|---|
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Kiçik Qafqaz |
| Mütləq hündürlüyü | 2678,0 m |
| Yerləşməsi | |
| Ölkə | |
| Rayon | |
Dibəkli dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 2678,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir.
Həmçinin bax:
- Ağdağ (Ordubad rayonu)
- Cindağ (Ordubad)
- Bəysal dağı
Kateqoriyalar:
- Əlifba sırasına görə dağlar
- Şahbuz rayonunun dağları