Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Babı bələdiyyəsi — Azərbaycan Respublikasının Füzuli rayonunda 1999–2024-cü illərdə fəaliyyət göstərmiş bələdiyyə.

Babı bələdiyyəsi

Vikipediya, azad ensiklopediya
Bələdiyyə
Babı bələdiyyəsi
Azərbaycan Respublikasının Füzuli rayonunun Babı bələdiyyəsi
Ölkə
  •  Azərbaycan
Daxildir Füzuli rayonu
İnzibati mərkəz Babı
Bələdiyyə sədri (sonuncu) Cavadov Elşən Qərib oğlu
Tarixi və coğrafiyası
Yaradılıb 1999
Ləğv edilib 2024
Əhalisi
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Statistik kodu 60604027
Bələdiyyə ödənişləri üçün vergi kodu 7507
VÖEN 7500053061
Telefon kodu 994 26
Avtomobil nömrəsi 19

Babı bələdiyyəsi — Azərbaycan Respublikasının Füzuli rayonunda 1999–2024-cü illərdə fəaliyyət göstərmiş bələdiyyə.

Tarixi

07.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin versiyasının "Füzuli rayonu" bölməsinə əsasən yaradılan 18 bələdiyyədən biri də Füzuli rayonunun Babı bələdiyyəsi olub.

2014–2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi) və İmişli Regional Ədliyyə İdarəsi həyata keçirib.

09.07.2000-ci il tarixli 07 nömrəli Protokolunda təsbit eidlmiş Qərarı ilə Bələdiyyənin ilk Nizamnaməsi qəbul edilib və onun 05.04.2024-cü il tarixli 04 nömrəli Protokolunda təsbit edilmiş 3-cü Qərarı ilə ləğv edilib.

Bu Bələdiyyə 2000-ci ildə "Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnaməyə uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, həmin Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olub.

2020–2024-cü illərdə bu Bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi), Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirilirİdarəsi.

05.04.2024-cü il tarixli 04 nömrəli Protokolunda təsbit edilmiş 1-ci Qərarı ilə Bələdiyyənin ikinci Nizmanaməsi qəbul edilib və Füzuli rayonunun Əhmədalılar bələdiyyəsinin 28.04.2025-ci il tarixli 03 nömrəli Protokolunda təsbit edilmiş 3-cü Qərarı ilə ləğv edilib.

18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun 18-ci hissəsinə əsasən: "18.2. Arayatlı, Babı, Əhmədalılar, Qazaxlar və Mollaməhərrəmli bələdiyyələrinin əhatə etdiyi Arayatlı, Babı, Əhmədalılar, Qazaxlar, Mirzənağılı və Mollaməhərrəmli kəndlərində Əhmədalılar bələdiyyəsi" yenidən təşkil edilib.

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə — "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə" 18.11.2024-cü il tarixli 51-VIIQD nömrəli Qanunla təsdiq edilmiş Siyahının "Füzuli rayonu" bölməsində birinci cədvəldə sadalanan 7 bələdiyyənin adı qeyd olunub.

Mərkəzi və ərazisi

Nizamnaməsinin 1.5-ci bəndinə əsasən Bələdiyyənin mərkəzi Füzuli rayonunun Babı kəndi olmuşdur.

"Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunun əvvəlki redaksiyasına əsasən həmin bələdiyyənin ərazisinə aşağıdakılar aiddir:

Bələdiyyənin adı VÖEN Bələdiyyə ödəyicisi üçün vergi kodu Bələdiyyənin statistik kodu İnzibati ərazi dairəsinin adı İƏD statistik kodu İnzibati ərazi vahidinin adı İƏV statistik kodu
Füzuli rayonunun Babı bələdiyyəsi 7500053061 7507 60604027 Arayatlı kənd iəd 60604005 Babı kəndi 60604028
Üst