Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Dəniz məməliləri — bütün ömürlərini və ya ömürlərinin bir hissəsini suda keçirən məməlilərdən ibarət olan heyvan növləri. Bəzi dəstələr bütünlüklə su həyatı keç

Dəniz məməliləri

Vikipediya, azad ensiklopediya
Qozbel balina (Megaptera novaeangliae), Balinakimilər
Dəniz bəbiri (Hydrurga leptonyx), Əsl suitilər
Amerika lamantini (Trichechus manatus), Sirenlər
Dəniz samuru (Enhydra lutris), Dələlər
Ağ ayı (Ursus maritimus), Ayılar
Kaliforniya dəniz şiri, Qulaqlı suitilər

Dəniz məməliləri — bütün ömürlərini və ya ömürlərinin bir hissəsini suda keçirən məməlilərdən ibarət olan heyvan növləri. Bəzi dəstələr bütünlüklə su həyatı keçirirlər: sirenlər, balinakimilər, pərayaqlılar — qulaqlı suitilər, əsl suitilər, morjlar. Bundan əlavə Dələlər (dəniz samuru və pişik susamuru) və ayıkimilərə (ağ ayı) aid bir necə növ daxildir. Ümumilikdə isə məməlilərin 2,7 % (128 növ) bu qəbildəndir.

Dəniz məməliləri əsasən yırtıcılardır və balıq, dəniz məhsulları ilə qidalanırlar.

Dəniz məmnəlilərinin sistemləşdirilməsi

Hal-hazırda ənənəvi olaraq aşağıda sadalanan beş qrupa bölünən dəniz məməlilərinin 128 növü vardır.

  • Dəstə Sirenia: Sirenlər
    • Fəsilə Trichechidae: Lamantinlər (3 növ)
    • Fəsilə Dugongidae: Dyoqonlar (1 növ)
  • Dəstə Cetacea: Balinakimilər
    • Alt dəstə Mysticeti: Bığlı balinalar (14 və ya 15 növ)
    • Alt dəstə Odontoceti: Dişli balinalar (73 növ)
  • Dəstə Carnivora: yırtıcılar
    • Pərayaqlılar
    • Fəsilə Mustelidae: Dələlər
      • Dəniz samuru (Enhydra lutris)
      • Pişik susamuru (Lontra felina)
    • Fəsilə Ursidae: Ayılar

Əvvəllər Pərayaqlılar müstəqil Pinnipedia dəstəsinə daxil edilirdi.

Üst