| Ələddin əs-Səmərqəndi | |
|---|---|
| ərəb. علاء الدين السمرقندي | |
| Doğum tarixi | 1095 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 1144 (48–49 yaşında) və ya 1157 (61–62 yaşında) |
| Vəfat yeri |
|
| Uşağı | |
| Elm sahəsi | Hənəfi məzhəbi |
| Tanınmış yetirmələri | Kəsani, Fatimə bint əs-Səmərqəndiyyə |
Əbu Bəkr Ələddin Məhəmməd ibn Əhməd ibn Əbi Əhməd əs-Səmərqəndi (ərəb. علاءالدين السمرقندي; 1095, Səmərqənd – 1144 və ya 1157, Buxara) — Hənəfi fəqih.
Həyatı
Həyatı haqqındakı məlumatlar olduqca azdır. O, Əbül-Yusr əl-Pəzdəvi ilə Əbül-Muin ən-Nəsəfiyə tələbəlik etmişdir. Ələddin əs-Səmərqəndi həmçinin Fəxrül-İslam əl-Pəzdəvidən də "xocam" deyə bəhs etmişdir.
Onun rəsmi vəzifələrdə işləmədiyi, dərs deməklə və müəlliflik etməklə məşğul olduğu deyilir. Yetişdirdiyi tələbələr arasında qızı Fatimə və sonradan kürəkəni olan Kəsani vardır. Digər bir tələbəsi isə Bürhanəddin Mərğinaninin müəllimi Ziyəddin Məhəmməd ibn Hüseyn əl-Bəndənicidir.
Səmani onun 1 Cəmaziyəl-əvvəl hicri 539-cu (1144) ildə Buxarada vəfat etdiyini qeyd etmişdir. Vəfat yeri ilə bağlı fikir ayrılığı olmasa da, son dövr mənbələrində onun ölümün 538-ci və ya 540-cı il tarixlərində olduğu qeyd edilmişdir. "Kəşfüz-Zünun" əsərində göstərilən hicri 552-ci və 553-cü illərinin isə Ələddin Məhəmməd ibn Əbdülhəmid əl-Üsməndi əs-Səmərqəndinin vəfat tarixi olduğu deyilir.
Əsərləri
Ələddin əs-Səmərqəndi "Töhfətül-fuqəha", "Mizənül-üsul fi nətəicil-uqul", "Şərhu Təvilətil-Quran" və başqa əsərlərin müəllifidir.
Həmçinin bax
- Hənəfilərin siyahısı
- 1095-ci ildə doğulanlar
- Səmərqənddə doğulanlar
- 1144-cü ildə vəfat edənlər
- 1157-ci ildə vəfat edənlər
- Buxarada vəfat edənlər
- Əlifba sırasına görə alimlər
- Sünni müsəlman İslam alimləri
- Hənəfilər
- Matüridilər