Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Günəşli (əvvəlki adı: Saqiyan) — Azərbaycan Respublikasının Şamaxı rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisin

Günəşli (Şamaxı)

40°38′09″ şm. e. 48°29′43″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Günəşli
Müqəddəs Şəhid Stepannos monastırı
Müqəddəs Şəhid Stepannos monastırı
40°38′09″ şm. e. 48°29′43″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 720 m
Xəritəni göstər/gizlə
Günəşli xəritədə
Günəşli
Günəşli

Günəşli (əvvəlki adı: Saqiyan) — Azərbaycan Respublikasının Şamaxı rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 dekabr 2020-ci il tarixli, 212-VIQ saylı Qərarı ilə kənd Günəşli adlandırılmışdır.

Tarixi

Rayon mərkəzindən 18 km qərbdə Ləngəbiz silsiləsindədir. Tam orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, doğum evi var. İkinci Dünya müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur.

19 əsrə aid bir sənəddə Bakı quberniyası Şamaxı qəzasının Qoşun sahəsində Saqiyan adlı kənd (160 ailə, 936 nəfər əhali) qeydə alınmışdır.

Yaşayış məntəqəsi ərazidəki şirin sulu axarsız kiçik göl ilə əlaqədar adlandırılmışdır. Türk dillərindəki saqa (çayın mənsəbi, su olan yer) və yan (kənar, sahil) komponentlərindən düzəlib, "suyun sahili, kənarı" mənasındadır.

Əhalisi

Kənd əhalisi 427 nəfərdir ki, onunda 208 nəfəri kişi, 219 nəfəri isə qadınlar təşkil edir. 145 təsərrüfatı var.

Tanınmış şəxsləri

  • Mikael Arutyunyan (d. 1946–) — Ermənistanın müdafiə naziri (2007–2008).
Üst