Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Talıb Tale (Talıb Ələsgər oğlu Ələsgərov; 16 fevral 1981, Ağkilsə, Vardenis rayonu) — Azərbaycan müğənnisi, ifaçı, söz yazarı, bəstəkar və rejissor.

Talıb Tale

  • Ana Səhifə
  • Talıb Tale

Talıb Tale (Talıb Ələsgər oğlu Ələsgərov; 16 fevral 1981, Ağkilsə, Vardenis rayonu) — Azərbaycan müğənnisi, ifaçı, söz yazarı, bəstəkar və rejissor.

Talıb Tale
Ümumi məlumatlar
Ləqəbi Tale
Doğum tarixi 16 fevral 1981(1981-02-16) (45 yaş)
Doğum yeri
  • Ağkilsə, Vardenis rayonu, Ermənistan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, söz yazıçısı[d], bəstəkar
Təhsili
  • Bakı Dövlət Universiteti

Mündəricat

Həyatı

Talıb Tale 1981-ci il 16 fevralda Göyçə mahalının Ağkilsə kəndində, Aşıq Ələsgərin ocağında dünyaya göz açıb. Ailədə dörd uşaqdırlar. Talıb ailənin 3-cü övladıdır.

Azərbaycanlıların Ermənistandan köçürülməsi nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Göygöl rayonuna köçmüşdür.

Təhsili

Göygöl rayonundakı Səməd Vurğun adına 3 nömrəli orta məktəbə daxil olmuş və əla qiymətlərlə orta məktəbi bitirmişdir. Ali təhsilini isə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində almışdır.

1997-1998-ci illərdə Gəncə şəhərindəki "Araz" hazırlıq kursunu bitirmişdir.

Musiqiçilik fəaliyyəti

Talıb Tale sazda ifa etməyi bacarır. Aşıq Ələsgərin "Tellərin" şeirinə yeni aranjımanda musiqi bəstələyib və ifa edib. Talıbın oxuduğu bəzi mahnıların söz və musiqiləri özünə aiddir.

Təltif və mükafatları

1998-ci ildə "Yeniyetmələr arasında keçirilən kinqboksinq üzrə respublika çempionatı"nda birinci yerə layiq görülmüşdür.

2017-ci ilin oktyabr ayında keçirilən "Maşın" realiti-şousunun 15-ci "sürəti"ndə qalib olmuşdur.

Ailəsi

Talıb Tale evlidir.

İslam Ələsgərin nəvəsi, Aşıq Talıbın nəticəsi, Aşıq Ələsgərin kötücəsidir.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Birləşmiş Ərəb Əmirlikləri

  • Aprel 03, 2026

    Ağdərə rayonu

  • Mart 26, 2026

    Yaxın Şərq

  • Mart 28, 2026

    Hüseynbala Mirələmov

  • Mart 26, 2026

    Avropa ölkələrinin siyahısı

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst