Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mahmudov Sabit Kərim oğlu (Sabit Rəhman) (26 mart 1910, Nuxa – 23 sentyabr 1970, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, Azərbaycan SSR əməkdar incəsənət xadimi

Sabit Rəhman

  • Ana Səhifə
  • Sabit Rəhman

Mahmudov Sabit Kərim oğlu (Sabit Rəhman) (26 mart 1910, Nuxa – 23 sentyabr 1970, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943).

Sabit Rəhman
Sabit Kərim oğlu Mahmudov
Doğum tarixi 26 mart 1910(1910-03-26)
Doğum yeri
  • Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 23 sentyabr 1970(1970-09-23) (60 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Uşağı
  • Emin Sabitoğlu
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
Fəaliyyəti yazıçı, nasir, dramaturq, ssenarist
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni — 1970 "Qırmızı əmək bayrağı" ordeni — 1959
Azərbaycan SSR əməkdar incəsənət xadimi — 1943
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Poçt markası (2000).

Sabit Rəhman 26 mart 1910-cu ildə Şəkidə (o vaxtkı Nuxada) anadan olmuşdur. Ədəbi fəaliyyətə 1926–1927-ci illərdə Molla Nəsrəddin jurnalında dərc etdiyi felyetonlarla başlamışdır. İlk hekayələr məcmuəsi — "Pozğun" 1931-ci ildə dərc olunmuşdur. Bir çox hekayə və pyes müəllifidir.

Sabit Rəhman Azərbaycan komediyasının banilərindəndir. O, dünyaca məşhur "Arşın mal alan" və "O olmasın, bu olsun", "Koroğlu", "Əhməd haradadır?" filmlərinin, Ulduz musiqili komediyasının ssenarilərinin, Yeddi gözəl baletinin librettosunun müəllifidir.

1943-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülmüş, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və medalları ilə təltif olunmuşdur. Şəki dram teatrı S. Rəhmanın adını daşıyır. Bakı və Şəki şəhərlərində onun adına küçə vardır.

Sabit Rəhman 1970-ci ildə Bakıda vəfat etmişdir.

Bəstəkar Emin Sabitoğlunun atası, musiqişünas Ceyran Mahmudovanın babasıdır.

Əsərləri

  • Hekayələri:

"Şirin bülbül", "Qudurğan", "Mir Qasımın macəraları", "Kölgələr", "Mirzəkələntər", "Xəyal plov", "Nikolay taxtdan düşdü", "Qohumlar".

  • Povestləri:

"Vəfasız", "Son faciə".

  • Pyesləri:

"Toy", "Xoşbəxtlər", "Aşnalar", "Aydınlıq", "Əliqulu evlənir", "Yalan" və s.

  • Romanı:

"Nina".

Kitabları

Sabit Rəhmanın xatirə lövhəsi (Bakı)
  1. Pozğun (hekayələr). Bakı: 1931
  2. Şirin bülbül (hekayələr). Bakı: 1933
  3. Vəfasız (povest). Bakı: 1933
  4. Xəyalplov. Bakı: 1938
  5. Son faciə (povest). Bakı: 1939
  6. Hüseyn Ərəblinski (povest). Bakı: 1948
  7. Hədiyyə. Bakı: 1949

Filmoqrafiya

  1. Arşın mal alan (film, 1945) — (ssenari müəllifi)
  2. O olmasın, bu olsun (film, 1956) — (ssenari müəllifi)
  3. Koroğlu (film, 1960) — (ssenari müəllifi)
  4. Əhməd haradadır? (film, 1963) — (ssenari müəllifi)
  5. Ulduz (film, 1964) — (libretto müəllifi)
  6. Hicran (teatr tamaşası, 1983) — (ssenari müəllifi)
  7. Şirin bülbül (film, 2000) — (əsərin müəllifi)
  8. Gülüş fenomeni. Sabit Rəhman (film, 2014)
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Azərbaycan Quru Qoşunları

  • Mart 31, 2026

    TikTok

  • Mart 30, 2026

    Pətək

  • Mart 29, 2026

    Azər Dadaşov

  • Mart 29, 2026

    Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (2024)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst