Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şöhrət Musa oğlu Vəkilov (8 may 1957, Qazax) — azərbaycanlı maliyyəçi, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müşaviri, Baş Dövlət Vergi Müfəttişliy

Şöhrət Vəkilov

  • Ana Səhifə
  • Şöhrət Vəkilov

Şöhrət Musa oğlu Vəkilov (8 may 1957, Qazax) — azərbaycanlı maliyyəçi, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müşaviri, Baş Dövlət Vergi Müfəttişliyinin rəisi (1994-1999), Azərbaycan Respublikası maliyyə nazirinin müavini (1992-1994).

Şöhrət Vəkilov
Şöhrət Musa oğlu Vəkilov
Kənd təsərrüfatı nazirinin müşaviri
Vəzifədədir
-
Baş Dövlət Vergi Müfəttişliyinin rəisi
1994 – 1999
Azərbaycan Respublikasının maliyyə nazirinin müavini
1992 – 1994
Şəxsi məlumatlar
Doğum tarixi 8 may 1957(1957-05-08) (68 yaş)
Doğum yeri
  • Qazax, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
  • Azərbaycan Dövlət İqtisad Universiteti
İxtisası Maliyyəçi
Dini İslam

Mündəricat

Həyatı

Şöhrət Musa oğlu Vəkilov 8 may 1957-ci ildə Azərbaycan SSR Qazax şəhərində doğulmuşdur. İlk təhsilini Qazax şəhər 4 saylı orta məktəbdə təhsil almışdır. İlk təhsil aldığı 4 saylı məktəb səkkizillik olduğu üçün 9/10-cu sinifləri 1 saylı Qazax orta məktəbində başa vurub. 1974-1978-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-statistika fakültəsində təhsil alıb. 1978-1980-ci illərdə Rusiya SFSR-də həqiqi-hərbi xidmət keçib.

Ailəsi

Vəkilovlar ailəsinin üzvüdür.

Fəaliyyəti

Ali təhsilini başa vurduqdan sonra Gəncə şəhər Maliyyə İdarəsində inspektor vəzifəsində çalışıb. Hərbi xidmətdən qayıtdıqdan sonra isə Bakıya gələrək Maliyyə Nazirliyində əmək fəaliyyətini davam etdirib. Ardınca Dövlət gəlirləri və vergi idarəsində iqtisadçı, böyük iqtisadçı, şöbə müdiri kimi çalışıb.

Maliyyə nazirliyində

1992-1994-cü illərdə Azərbaycan Respublikasının maliyyə nazirinin müavini vəzifəsində çalışıb.

Vergi orqanlarında

1990-1992-ci illərdə Yasamal rayon Vergi İdarəsinin rəisi vəzifəsində çalışıb. 1994-1999-cu illərdə Baş Dövlət Vergi Müfəttişliyinin rəisi vəzifəsində işləyib. Sözügedən vəzifədə olduğu müddətdə vergi qanunvericiliyinə dair bir sıra qanunların hazırlanmasında yaxından iştirak edib.

Sonrakı fəaliyyəti

2000-2016-cı illərdə bank sektorunda çalışıb. Hazırda Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müşaviridir.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 27, 2026

    Milli Təhlükəsizlik Nazirliyi (Azərbaycan)

  • Aprel 02, 2026

    Laçın dəhlizi

  • Mart 26, 2026

    Avstraliya

  • Mart 27, 2026

    Xudafərin körpüləri

  • Mart 28, 2026

    Təqvim

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst