Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əlibəy Nəzərəli oğlu Novruzi (8 noyabr 1942, Bakı – 4 mart 2021, Bakı) — Azərbaycan memarı, rəssam, Azərbaycan Memarlar İttifaqının üzvü, Azərbaycan Respublikas

Əlibəy Novruzi

  • Ana Səhifə
  • Əlibəy Novruzi

Əlibəy Nəzərəli oğlu Novruzi (8 noyabr 1942, Bakı – 4 mart 2021, Bakı) — Azərbaycan memarı, rəssam, Azərbaycan Memarlar İttifaqının üzvü, Azərbaycan Respublikasının əməkdar arxitektoru (1991), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978).

Novruzi Əlibəy
Şəxsi məlumatlar
Doğum tarixi 8 noyabr 1942
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 4 mart 2021 (78 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Bakı
Mükafatları "Azərbaycan Respublikasının əməkdar memarı" fəxri adı — 19911991 Azərbaycan SSR Dövlət mükafatı — 19781978

Mündəricat

Həyatı

Əlibəy Novruzi 8 noyabr 1942-ci ildə Bakı şəhərində anadan olub. 1965-ci ildə Moskva Memarlıq İnstitutunu bitirib. Memarın əsas fəaliyyəti elə gənc yaşlarından, təhsilini bitirdiyi illərdən – 1967–1969-cu illərdən başlayır və bu yaş üçün qeyri-adi olan yeniliklərə imza ataraq ölkədə və ölkə hüdudlarından kənarda tanınmağa başlayır..

Əlibəy Novruzi 3 il dalbadal SSRİ–nin "İlin ən yaxşı memarlıq layihəsi" müsabiqəsinin qalibi olub.

"Küləyin binada hərəkəti" mövzusunda dissertasiya yazıb.

Əlibəy Novruzi Sumqayıtın baş memarı olub.

600-dən artıq memarlıq layihəsinin, 400-yə yaxın rəsm əsərinin və 3 kitabın müəllifi olmuşdur.

Əlibəy Novruzi 2021-ci ildə vəfat edib..

Mükafatları

  • Azərbaycan SSR Dövlət mükafatı — 1978
  • "Azərbaycan Respublikasının əməkdar arxitektoru" fəxri adı — 20 dekabr 1991
  • Akademik Mikayıl Hüseynov mükafatı

Kitabları

  • "Svilizasiya", 1999-cu il
  • "Bir Portretin Tarixçəsi",

Ədəbiyyat

  • "Müasir Azərbaycan Memarları 2010", kitabı
  • "Alibek Novruzi", kitabı
  • "Svilizasiya", kitabı
  • "Город" jurnalı, 2011, noyabr sayı
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 02, 2026

    Maarifçilik dövrü

  • Aprel 04, 2026

    Dəşt-i Qıpçaq

  • Mart 28, 2026

    Dəvə

  • Mart 26, 2026

    Cəmiyyət

  • Mart 29, 2026

    Raquf Orucov

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst