| Bu məqalə Xətai rayonu haqqındadır. Digər mənalar üçün Xətai səhifəsinə baxın. |
Xətai rayonu (1932–1990 Şaumyan rayonu) – Bakı şəhərində rayon.
| Xətai rayonu | |
|---|---|
| |
| 40°23′ şm. e. 49°52′ ş. u.HGYO | |
| Ölkə |
|
| İcra başçısı | Rafiq Quliyev (icra başçısı) |
| Tarixi və coğrafiyası | |
| Yaradılıb | 1904 |
| Sahəsi |
|
| Hündürlük | 27 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi sayt | |
Tarixi
Rayon 1904-cü ildə Zavodskaya, 1920-ci ildən Fabrik zavodu rayonu, 1932-ci ildən Şaumyan rayonu adlandırılmışdır. 1981-ci ildə ayrılaraq bir hissəsinə Nizami rayonu adı verilmişdir. 5 yanvar 1990-cı ildən isə Xətai rayonu adlanır.
Əhalisi
Əhalisi: 261100 nəfər Ərazisi: 31,6 km² Əhalinin sıxlığı: 1 kv.km-ə 8263 nəfər
İqtisadiyyatı
Rayonun ərazisində bir sıra iri sənaye müəssisələri, o cümlədən "Azərneftyağ" NEZ, "Xəzərdənizneftdonanma" İdarəsi, Təcrübə Sənaye Zavodu, "Neft Kəmərləri" İdarəsi fəaliyyət göstərir. 37 orta məktəb, 44 uşaq bağçası, 2 uşaq evi,15 poliklinika insanların təlim-tərbiyəsi ilə məşğul olur və sağlamlığının keşiyində durur. Bir sıra respublika əhəmiyyətli idarə və müəssisələr də rayonun ərazisində yerləşir: Azərbaycan Respublikasının Ali Məhkəməsi, Bakı şəhər Baş Polis İdarəsi, Respublika Doğum Evi, Mərkəzi Neftçilər Xəstəxanası, Əfəndiyev adına xəstəxana, "AZƏRİQAZ" ASC və s.
