Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mənim mübarizəm (orijinal adı: alm. Mein Kampf‎) — Adolf Hitlerin həyatını, siyasi baxışını və milliyətçi-sosialist fikirlərini açıqladığı kitabı. Hitler uğursu

Mənim mübarizəm

  • Ana Səhifə
  • Mənim mübarizəm

Mənim mübarizəm (orijinal adı: alm. Mein Kampf‎) — Adolf Hitlerin həyatını, siyasi baxışını və milliyətçi-sosialist fikirlərini açıqladığı kitabı. Hitler uğursuz qiyam qaldırıb həbs ediləndə Landsberq həbsxanasında dostu Rudolf Hess tərəfindən qələmə alınmışdır. Kitab iki cilddədir. İlk cilddə, həyatını, siyasi baxışlarının dəyişilməsi yönümündə olan təsirləri, yəhudilər haqqındakı ilk fikirləri və bu fikirlərin hansı yöndə, necə inkişaf etdiyini, niyə bu fikirlərin əmələ gəldiyini, müharibə xatirələri də daxil olmaqla şəxsi xatirələrini və dövrünün sosial-siyasi bünövrəsini incələmişdir.

Mənim mübarizəm
alm. Mein Kampf‎
Müəllif Adolf Hitler
Janr Xatirə
Orijinalın dili alman dili
Ölkə Almaniya
Orijinalın nəşr ili 18 iyul 1925
Nəşriyyat Eher Verlag
Səhifə 720
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İkinci cild isə NSDAP-ın partiya proqramı və ideal dövlət quruluşu üzərinə yazılmış bir doktrina olmaqla birlikdə, həmçinin, Almaniyanın irəlidəki dövrlərinə dönük fikirlər bəyan edərkən, kiçik nəsihətlər verdiyi bir kitabıdır. Eyni zamanda "Mənim mübarizəm", Hitler tərəfindən Pivə qiyamında (9 noyabr 1923) həyatını itirmiş digər partiya üzvlərinə həsr edilmişdir. Bunlar; Alfarth Felix, Bauried Andreas, Casella Theodor, Faust Martin, Ehrlich Wilhelm, Hechenberger Ant, Korner Oskar, Khun Karl, Lefore Karl və Neubauer Kurtdur.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • May 03, 2026

    Kovalent rabitə

  • İyul 20, 2026

    Eyvaz Məmmədov

  • Aprel 09, 2026

    Mil düzü

  • Mart 29, 2026

    Hidayət Heydərov

  • İyul 04, 2026

    Səlimə Rüstəmova

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst