Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əlimədətli (əvvəlki adı: Şıxavənd) — Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd.

Əlimədətli (Ağdam)

  • Ana Səhifə
  • Əlimədətli (Ağdam)

Əlimədətli (əvvəlki adı: Şıxavənd) — Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd.

Əlimədətli
40°03′31″ şm. e. 46°49′09″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Ağdam rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
  • UTC+03:00
Əhalisi
Əhalisi
  • 0 nəf.
Rəsmi dili
  • Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0221
Xəritəni göstər/gizlə
Əlimədətli xəritədə
Əlimədətli
Əlimədətli

Kənd 1993-ci il iyunun 15-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Mündəricat

Tarixi

1930-cu ilə qədər Əlimədətli kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub.

Əlimədədli kəndi rayon mərkəzindən 32 km. şimal-qərbdə, Xaçın çayının sol sahilindən 2 km. aralı, Kiçik Qafqaz dağlarına aid olan Qarabağ silsiləsinin şimal-şərq ətəyində yerləşir; Ağdam rayonunun Əliağalı kəndiylə qonşudur. Əlimədədli kəndi 15 iyun 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycan Respublikasının Göygöl rayonunda da Əlimədədli kəndi var.

Mədəniyyəti

İşğala qədərki dövrdə Əlimədədli kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, xəstəxana, texniki-peşə məktəbi, uşaq bağçası, rabitə şöbəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi; Xaçınçay su anbarı da bu kəndin ərazisindədir. İşğal altında olan bütün yaşayış məntəqələri kimi, Əlimədədli kəndini də ermənilər dağıdıb xarabalığa çeviriblər.

Əhalisi

2006-cı ilin siyahıya alınma məlumatına görə, Əlimədədli kəndinin əhalisi 1069 nəfərdir. İşğala qədərki dövrdə əhalinin əsas məşquliyyəti heyvandarlıq, taxılçılıq və bağçılıq olub. Əslən Əlimədədli kəndindən olan xalq yazıçısı Bayram Bayramov özünün “Yarpaqlar” romanında Əlimədədli camaatının məişətini, adət-ənələrini, həyat tərzini özünəməxsus ustalıqla təsvir edib. Əlimədədlilər erməni işğalçılarına qarşı mübarizədə daim ön sırada olublar, igidlik nümunəsi göstəriblər.

Görkəmli şəxsləri

  • Bayram Bayramov – yazıçı, Azərbaycan Xalq Yazıçısı;
  • Bayramov Əkbər Salman oğlu, Əməkdar Elm Xadimi, psixoloq-professor;
  • Rəhimova Nuriyyə Mədət qızı, Ali Sovetin deputatı, məktəb direktoru, ictimai xadim;
  • Bayramov Fərman Salman oğlu, məktəb direktoru, Xalq soveti deputatı, el ağsaqqalı;
  • Bəşirov Köçəri Yusif oğlu,məktəb direktoru,el ağsaqqalı;
  • Qaraşov İsa Tapdıq oğlu, dövlət xadimi, Ali Sovetin deputatı;
  • Bayramov Qurban Fərman oğlu, tənqidçi-ədəbiyyatşünas, doktor-professor;
  • Quliyev Sabir Nuru oğlu, kimyaçı-pedaqoq, dosent;
  • Qaraşov Hüseyn Tapdıq oğlu, professor, rektor;
  • Yelmar Edilov – Milli Qəhrəman;
  • Nəzakət Teymurova – müğənni, Xalq Artisti.

İstifadə olunan ədəbiyyat

  • Baxşeyiş Abbasoğlu “Ağdam ağrıları”, 2003;
  • Azərbaycan Sovet Ensiklopediyası – 1978-ci il, IV cild,
  • Bayram Bayramov “Yarpaqlar” romanı.
  • Sərraf Şiruyə, "İgid ölər, adı qalar", Gəncə, "Gəncə" nəşriyyatı, 2002, 304 səh. (75 yara və ya Dəmir Yelmar)
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 04, 2026

    Ənfal surəsi

  • Mart 26, 2026

    İtaliya

  • Mart 27, 2026

    Hamiləlik

  • Aprel 04, 2026

    Əbdürrəhman əs-Sufi

  • Aprel 05, 2026

    Assuriya təqvimi

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst