XIV Leo və ya XIV Lev (əsl adı Robert Frensis Prevost (ing. Robert Francis Prevost); 14 sentyabr 1955, Çikaqo, İllinoys) — 8 may 2025-ci ildən etibarən Roma papası. XIV Leo ABŞ və Perudan çıxmış ilk Roma papasıdır.
| XIV Leo | |
|---|---|
| ing. Robert Francis Prevost | |
![]() XIV Lev 2025-ci ildə | |
Vəzifədədir | |
| 8 may 2025-ci ildən | |
| Əvvəlki | Fransisk |
| Şəxsi məlumatlar | |
| Doğum adı | Robert Francis Prevost |
| Doğum tarixi | 14 sentyabr 1955 (70 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
| Fəaliyyəti | katolik keşişi[d], Frer, Arxiyepiskop, ata[d], riyaziyyatçı |
| Dini | katolisizm |
| Elmi fəaliyyəti | |
| Elm sahəsi | xristianlıq |
| | |
| Təltifləri | |
| | |
| vatican.va/content/leo-x… vatican.va/content/leo-x… vatican.va/content/leo-x… vatican.va/content/leo-x… vatican.va/content/leo-x… | |
Həyatı
O, fransız, italyan və ispan köklərinə malik bir ailədə dünyaya gəlib. Filadelfiyada riyaziyyat üzrə təhsil alıb və 1977-ci ildə Müqəddəs Avqustin ordeninə daxil olub, daha sonra isə bu ordenin bütün dünyada baş rahibi seçilib. Sələfi Fransisk kimi, onun da Latın Amerikası ilə yaxın əlaqələri var.
Papa seçilməsi
8 may 2025-ci ildə, 2025-ci il papa konklavının ikinci günü, Prevost Şimali Amerikadan olan ilk Papa seçildi. O, 1903-cü ildə XIII Leo-dan sonra XIV Leo adını aldı. Papa XIV Leo daha sonra toplanmış izdihamı salamlamaq üçün ənənəvi papa paltarında balkona çıxdı, ilk nitqini həm italyan, həm də ispan dillərində söylədi.
