Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İsmayılov İlham 15 iyul 1963-cü ildə Ucar şəhərində anadan olub. 1986-cı ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu mühəndis ixtisası üzrə fərqlənm

İlham İsmayılov

  • Ana Səhifə
  • İlham İsmayılov

İlham Mehdixan oğlu İsmayılov (15 iyul 1963, Ucar) — Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı.

İlham İsmayılov
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı
Vəzifədədir
17 dekabr 2018-ci ildən
ƏvvəlkiNiyazi Bayramov
Şəxsi məlumatlar
Doğum tarixi 15 iyul 1963(1963-07-15) (62 yaş)
Doğum yeri
  • Ucar, Ucar rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili Azərbaycan Texniki Universiteti,Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Həyatı

İsmayılov İlham 15 iyul 1963-cü ildə Ucar şəhərində anadan olub. 1986-cı ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu mühəndis ixtisası üzrə fərqlənmə diplomu ilə, 1994-cü ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu "Politoloq ali və orta təhsil müəssisələrində sosial-siyasi fənlər müəllimi" ixtisası üzrə bitirmişdir.

1998–2004-cü illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dissertantı olmuş, 2004-cü ildə "Azərbaycanda demokratiya təsisatlarının formalaşması xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək siyasi elmlər namizədi adını almışdır.

Əmək fəaliyyətinə 1980–1981-ci illərdə Ucar şəhər 2 saylı Səyyar Mexanikləşdirilmiş Dəstənin 10 saylı sahəsində fəhlə kimi başlayıb. 1986–1989-cu illərdə Mingəçevir şəhərində Azərbaycan Dövlət İstilik Elektrik Stansiyasında növbə rəisi, Azad Komsomol Komitəsi katibi,1989–1992-ci illərdə Mingəçevir şəhər Komsomol Komitəsinin birinci katibi,1992–1995-ci illərdə Mingəçevir şəhər Xalq Deputatları Sovetində təşkilat şöbəsinin müdiri, 1999–2004-cü illərdə Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri, 2004–2008-ci illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Aran Regional İnkişaf Şöbəsinin müdiri, 2008–2018-ci illərdə isə Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2018-ci il tarixli Sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

Yeni Azərbaycan Partiyası Mingəçevir Şəhər Təşkilatı sədrinin müavinidir.

Ailəlidir, üç övladı var.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 04, 2026

    Avstriya-Macarıstan imperiyası

  • Mart 26, 2026

    İmam Rza

  • Aprel 02, 2026

    XX əsr

  • Mart 30, 2026

    Unibank

  • Mart 26, 2026

    İslamda böyük günahlar

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst