Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Böyük Qaramurad — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Böyük Qaramurad kənd inzibati ərazi dairəsində kənd. Böyük Qaramurad inzibati ərazi dairəsinin (B

Böyük Qaramurad

  • Ana Səhifə
  • Böyük Qaramurad

Böyük Qaramurad — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Böyük Qaramurad kənd inzibati ərazi dairəsində kənd. Böyük Qaramurad inzibati ərazi dairəsinin (Böyük Qaramurad, Ataxal, Qurudərə, Toplar kəndləri daxildir) mərkəzi. Böyük Qaramurad kəndi rayon mərkəzindən təxminən 18 km qərbdə, Qaramurad çayının (Zəyəm çayının qolu) sahilində, Şahdağ silsiləsinin ətəyində yerləşir. Kənddə tam orta məktəb, mədəniyyət evi, 2 kitabxana, ambulatoriya var.

Böyük Qaramurad
40°34′51″ şm. e. 45°39′49″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Gədəbəy rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 1743 (2009) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ2114
Xəritəni göstər/gizlə
Böyük Qaramurad xəritədə
Böyük Qaramurad
Böyük Qaramurad

Mündəricat

Tarixi

Arxeoloji qazıntılar zamanı Böyük Qaramurad kəndi ərazisində son tunc dövrünə aid "Baş qalaça", "Böyük qalaça", "Bala qalaça" siklop tikililərinin cənub ətəyində daş qutu qəbir aşkar edilmişdir. Abidədən dulus məmulatı, metal əşyalar, əqiq, tunc muncuqlar və sair materiallar əldə edilmişdir. Tapıntilar Xocalı-Gədəbəy mədəniyyətinin inkişaf dövrünə (e.ə. XI-IX əsrlər) aid edilir. Böyük Qaramurad kəndində memarlıq abidələrindən alban məbədi (1634) var.

Toponimikası

Qaramurad çayının (Zəyəm çayının qolu) sahilində, Şahdağ silsiləsinin ətəyindədir. Toponim Qaramurad şəxs adı ilə bağlıdır. Birinci komponent yaşayış məntəqəsini həcm cəhətdən eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1743 nəfər əhali yaşayır.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax

  • Gədəbəy rayonu
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 31, 2026

    PUBG: Battlegrounds

  • Mart 31, 2026

    Salyan kazarması

  • Mart 27, 2026

    Ətraf mühit

  • Aprel 05, 2026

    S:Əraf surəsi

  • Mart 30, 2026

    İohann Sebastyan Bax

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst