Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycanda xovlu və xovsuz xalçalarla yanaşı hələ qədim zamanlardan etibarən məişətdə istifadə etmək üçün müxtəlif xalça məmulatları da istehsal olunurdu. Bir

Xalça məmulatları

  • Ana Səhifə
  • Xalça məmulatları

Xalça məmulatları — xovsuz və xovlu xalça texnologiyasının köməyi ilə hazırlanan məişət əşyaları.

Ümumi məlumat

Azərbaycanda xovlu və xovsuz xalçalarla yanaşı hələ qədim zamanlardan etibarən məişətdə istifadə etmək üçün müxtəlif xalça məmulatları da istehsal olunurdu. Bir çox hallarda xalça məmulatları əvvəlcə müxtəlif növ xovsuz xalça texnologiyasının köməyi ilə, daha sonra inkişaf etdikcə xovlu xalça texnologiyasının köməyi ilə istehsal olunurdu. Ümumiyyətlə, xalçaçılıq sənətinin inkişafı baxımından xalça məmulatlarının hər biri sadədən mürəkkəbə doğru ayrı-ayrı inkişaf mərəhələsini keçmiş və xovlu xalçalara nisbətən daha əvvəlki dövrə təsadüf edir. Xalça məmulatlarının istehsalında yun, pambıq, ipək saplarla yanaşı qamış çubuğundan eləcə də quru ağac budaqlarından da istifadə edilmişdir.

Azərbaycan xalça məmulatları

Hələ qədim zamanlardan xovsuz xalça texnologiyasının köməyi ilə Azərbaycanda müxtəlif məişət məmulatları hazırlanırdı. Vaxt ötdükcə məişət şəraitini yaxşılaşdırmaq üçün xalça məmulatları istehsalı hər zaman inkişaf etmiş və təkmilləşmişdir.

Arxeoloji materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu – I minilliyin əvvəllərində) məşğul olmuşlar. Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzədilmiş at fiqurunun (e.ə. II minillik) üzərində gül-çiçək təsvirləri ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsindən aşkar edilmiş qızıl camın (e. ə. I minillik) səthində üstünə çul salınmış şir təsviri və başqa tapıntılar Azərbaycanda xalça sənətinin nə qədər qədim tarixə malik olduğunu göstərir.

Mərfəş, xurcun, heybə, taxtüstü, yəhərüstü, duz qabı, çul, örkən, çömçədan, sicim, yun corablar, pərdələr və s. kimi xalça məmulatlarının bir çoxu hal-hazırda da bəzi şəhər və kəndlərimizdə istehsal olunur.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 03, 2026

    Şahtaxtı (Kəngərli)

  • Mart 26, 2026

    Xarəzmşahlar dövləti

  • Mart 26, 2026

    Qarabağ müharibəsi

  • Aprel 03, 2026

    Amorf yarımkeçiricilər

  • Mart 29, 2026

    Vitaminlər

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst