Mircəlal Cavanşir oğlu Qurbanov (19 mart 1980, Bakı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, Prezident təqaüdçüsü, "Fire Land Group"-un rəhbəri, Milli Güləş Federasiyasının prezidenti (2021–2023). 2001–2023 DGK Gömrük Xidməti polkovniki.
| Mircəlal Qurbanov | |
|---|---|
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 19 mart 1980 (46 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
| Atası | Cavanşir Qurbanov |
| Anası | Zərqələm Qurbanova |
| Uşaqları | Fatimə Qurbanlı Əli Qurbanov |
Həyatı
Qurbanov Mircəlal Cavanşir oğlu 19 mart 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Yasamal rayonunda yerləşən 21 saylı orta məktəbin birinci sinfinə daxil olub. 1996-cı ildə həmin məktəbin 11-ci sinfini bitirib, "Təfəkkür" Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. 2000-ci ildə həmin universiteti birinci kursunu müvəffəqiyyətlə bitirib Dövlət Neft Akademiyasından zəmanət götürərək, könüllü olaraq hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra təhsilini davam etdirib. 2003-cü ildə ADNA-nın Neftin sənayesi və Ekologiyası ixtisası üzrə magistr pilləsini bitirmişdir. 2005-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasına "İnzibati idarəetmə" fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil almaq üçün qəbul olunmuş və 2008-ci ildə bitirmişdir. 2001–2023-cü illərdə DGK Bakı Baş Gömrük İdarəsidə Gömrük Xidməti Polkovniki vəzifəsində çalışmışdır.
Sərbəst Güləş üzrə idman ustalığına namizəddir. 2021–2023-cü illər ərzində Milli Güləş Federasiyasının prezidenti olaraq fəaliyyət göstərmişdir. Anası — Qurbanova Zərqələm Ağamusa qızı Masallı ray Boradigah qəsəbəsi. Qızı — Qurbanlı Fatimə Mircəlal qızı Oğlu — Qurbanov Əli Mircəlal oğlu
Fəaliyyəti
Əmək fəaliyyəti
15.01.2001–24.07.2001-ci illərdə Azərbaycan Dövlət Gömrük Komitəsi Azərterminalkomleks birliyi Bakı Şöbəsi mütəxəssisi kimi fəaliyyət göstərmişdir. 2003– 2007-ci il tarixlərində Azərbaycan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi, Keşlə Gömrük postunun inspektoru kimi fəaliyyət göstərmişdir. Həmçinin 2004– 2007-ci il tarixi ərzində Azərbaycan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi, Rəsmləşdirmə şöbəsi böyük inspektoru vəzifəsində çalışmışdır. 2004–2018 – çi illərdə Azərbaycan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Baş inspektor kimi çalışıb. 2016–2018 – Bakı Baş Gömrük İdarəsində yaradılmış "Yaşıl Dəhliz" buraxılış sisteminin qrup rəhbər təyin olunmuşdur. 2018–2023-cü illərdə Azərbaycan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük Komitəsi Hava Nəqliyyatı Baş Gömrük İdarəsi baş inspektor vəzifəsində çalışıb.
Yaradıcılığı
2013-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Fire Land"Productionun rəhbəri, nəğməkar-şair, Prezident təqaüdçüsüdür. "Yaşa, yaşa, Azərbaycan!", "Mənim atam qəhrəmandır!", "Mənim oğlum qəhrəmandır!" layihələrinin rəhbəridir.
Şeirlərinə bəstələnən mahnılar
- Sevgi dünyamız – Gövhər Həsənzadə
- Durnalar – mus: Gövhər Həsənzadə
- Azərbaycan – Hikmət Mirməmmədli
- Əsgər marşı – Yaşar Baxış
- Öpsən – mus. Aygün Kazımova
- Sevgi yağışı – Sevinc Tağıyeva
- Səninlə – mus: Emil Şahin
- Kaş ki – mus:Rüstəm Zeynallı
- Nankorsan – mus: Gövhər Həsənzadə
- Sevən qəlbim – mus: Aygün Kazımova
- Xoşbəxt illər – mus: Minayə xanım
- Mən səninəm – mus: Məhəbbət xanım
- Dola mənə qolunu – Faiq Sücəddinov
- Sən Azərbaycanlısan – mus: Gövhər Həsənzadə
- Unut getsin – mus: Mikayıl Vəkilov
- Mənim deyilsən – mus: Muxtar Abseynov
- Etiraf – mus: Faiq Sücəddinov
- Sən bizimləsən – mus: Aygün Səmədzadə
- Apar məni – mus: Rüstəm Zeynallı
- Yoruldum – mus: Xanım İsmayılqızı
- Yad olduq – mus: Muxtar Abseynov
- Ötən günlər – mus: Nadir Əzimov
- Azərbaycan – mus: Vüqar Camalzadə
- Neyləyim – mus: Sevinc Tağıyeva
- Gizli sevgi – mus: Ramal İsrafilov
- Leyli Məcnun – mus: Abbas Bağırov
- Sənin oldum – mus: Gövhər Həsənzadə
- Göz yaşımı tökə-tökə – mus: Elza Seyidcahan
- Mənim gülüm – mus: Xumar Qədimova
- Sevgi harayı – mus: Xumar Qədimova
- Göy göl – mus: Aydın Abbasov
- Gəl görüşək – mus: Gövhər Həsənzadə
- Gəl barışaq – mus: Rüstəm Zeynallı
- Azərbaycan – mus: Nazim Məmmədov
- Darıxır ürək – mus: Aybəniz Güllər
- Əllərim darıxmasın – mus: Pərviz Mahmudov
Layihələri
- "Körpələrin səsi" – mus: Hakan Erol
- "İlk Avropa oyunları" – mus: Muxtar Abseynov
- "Sən Azərbaycanlısan" — mus: Gövhər Həsənzadə, ifaçılar: Fidan Qasımova, Xuraman Qasımova, Alim Qasımov, Zülfiyyə Xanbabayeva, Mustafa Ceceli, Fərqanə Qasımova (2013-cü il ASAN Xidmətin təşəbbüsü ilə)
- "Zəfərə doğru" — mus: Eldar Mansurov, ifaçılar: Avroviziya təmsilçiləri Samir Cavadzadə, Elnur Hüseynov, Səbinə Babayeva, Eldar Qasımov, Nigar Camal, Dilarə Kazımova (2018-ci il)
- "Yaşa, yaşa, Azərbaycan!" — mus: Rauf Məmmədov, ifaçılar: Rasim Balayev, Alim Qasımov, Natiq Şirinov, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Mirələm Mirələmov (2019-cu il)
- "Sən qalib gələcəksən" — mus: Gövhər Həsənzadə, İfaçılar:İlhamə Quliyeva, İlqar Muradov, Faiq Ağayev, Röya, Samir Cavadzadə, Elnur Hüseynov (2008-ci il)
- "Say Hallelujah" — söz: Cəlal Qurbanov, tərcümə: Nigar Həsənzadə, mus: Elnur Hüseynov, ifaçılar: Elnur Hüseynov, Fidan Hüseynova (2018-ci il)
- Rəhbəri olduğu "Fire Land Group"un təşkilatçılığı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə "Mənim atam qəhrəmandır" layihəsinin silsilə tədbirlər həyata keçirib.
- "Mənim Atam Qəhrəmandır" — söz: Cəlal Qurbanov, mus: Xanım İsmayılqızı, ifaçı: Zamiq Hüseynov
- "Azərbaycan" — söz: Cəlal Qurbanov, mus: Hikmət Mirməmmədli, ifaçılar: Aygün Kazımova, Zamiq Hüseynov
- "O tay, bu tay Azərbaycan" — söz: Cəlal Qurbanov, mus: Elçin Cəfərov, ifaçı: Mirələm Mirələmov
- "Mənim Oğlum Qəhrəmandır" — söz: Cəlal Qurbanov, mus: Camal Qurbanov, ifaçı:Azər Zeynalov
Təltif və mükafatları
- 27.01.2011 — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Gömrük orqanlarında xidmətə görə" 3-cü dərəcəli döş nişanı
- 01.03.2016 — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Gömrük orqanlarında xidmətə görə" 2-ci dərəcəli döş nişanı
- 28.05.2018 — Prezident təqaüdü
- 28.01.2022 — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Gömrük orqanlarında xidmətə görə" 1-ci dərəcəli döş nişanı
