37-ci surə
| 37-ci surə — Saffat surəsi | |
|---|---|
Surənin ərəbcə mətni | |
| Adı | |
| Ərəbcə adı | سورة الصافات |
| Adının mənası | Səf-səf duranlar |
| Quranda yeri | |
| Nömrəsi | 37 |
| Statistika | |
| Ayələrin sayı | 182 |
| Quran Akademiyasında tərcüməsi | |
əs-Saffat (Səf-səf duranlar) surəsi (Məkkədə nazil olmuşdur, 182 ayədir)
Surənin adı 1-ci ayədə işlədilən əs-Səffat sözündən götürülmüşdür və sıra-sıra düzülənlər, səf-səf duranlar deməkdir. Surənin 164 və 165-ci ayələrindən aydın olur ki, səf-səf duranlar mələklərdir. Surədə əsasən mələklərdən, cinlərdən, Qiyamət günü və axirət hadisələrindən, eləcə də Nuh, İbrahim, İsmail, İshaq, Musa, Harun, İlyas, Lut və Yunus peyğəmbərin qissələri haqqında danışılır.
