Bağır Namaz oğlu Musayev (17 sentyabr 1958) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.
| Bağır Musayev | |
|---|---|
Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı | |
| 24 noyabr 1995 – 12 noyabr 2000 | |
| Seçki dairəsi | 1995 — 99 nömrəli Şəmkir şəhər |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 17 sentyabr 1958 (67 yaş) |
| Partiya |
|
| Təhsili |
|
Həyatı
Bağır Musayev 1958-ci il sentyabrın 17-də anadan olub. Kuban Dövlət Universitetinin hüquq bölməsində ali təhsil alıb. Rus dilini bilir. Ailəlidir, üç övladı var.
Fəaliyyəti
1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 99 nömrəli Şəmkir şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Bağır Musayev I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Bağır Musayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri Daimi Komissiyasının və Azərbaycan—Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.