Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ələkbər Əli oğlu Eminov (1908, Göyçay) — Azərbaycan Kommunist Partiyası Ağdam Rayon Komitəsinin birinci katibi.

Ələkbər Eminov

  • Ana Səhifə
  • Ələkbər Eminov

Ələkbər Əli oğlu Eminov (1908, Göyçay) — Azərbaycan Kommunist Partiyası Ağdam Rayon Komitəsinin birinci katibi.

Ələkbər Eminov
Azərbaycan Kommunist Partiyası Ağstafa Rayon Komitəsinin birinci katibi
1954 – ?
Şamxor Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
 – 1954
SonrakıRza Namazov
Azərbaycan Kommunist Partiyası Qasım İsmayılov Rayon Komitəsinin birinci katibi
Azərbaycan Kommunist Partiyası Yevlax Rayon Komitəsinin birinci katibi
Azərbaycan Kommunist Partiyası Ağdam Rayon Komitəsinin birinci katibi
May 1938 – 6 yanvar 1941
Əvvəlkiİbrahim Mirzəyev
SonrakıYusif Yusifov
Şəxsi məlumatlar
Doğum tarixi 1908(1908) (117–118 yaş)
Doğum yeri
  • Göyçay, Göyçay qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Partiya
  • Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası
Fəaliyyəti siyasətçi

Təltifləri "Şərəf nişanı" ordeni

Mündəricat

Həyatı

Ələkbər Əli oğlu Eminov 1908-ci ildə Göyçay rayonunda bənna ailəsində anadan olmuşdur. O, 1922-ci ildə birinci dərəcəli məktəbi bitirmiş, 1924-cü ildə isə Göyçay da olan ikinci dərəcəli məktəbə daxil olsa da təhsili yarımçıq qalmışdı.

Siyasi fəaliyyəti

Ələkbər Eminov gənc yaşlarına komsomol üzvü olmuş, əvvəlcə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Göyçay okruq komitəsinin təlimatçısı, sonra pioner şöbəsinin müdiri, təbliğat və təşviqat şöbəsinin müdiri vəzifələrində işləmişdir.

Ələkbər Eminov 1932-ci ildə Sovet İttifaqı Kommunist Partiyası sıralarına qəbul edilmiş və Stalin adına pedrabfakda (altı aylıq kurs) təhsil almışdı. 1932-1936-cı illərdə Göyçayda komsomol təşkilatında müxtəlif vəzifələrdə işləmişdir. O, 1936-1938-ci illərdə Naxçıvan vilayət komsomol komitəsinin birinci katibi kimi çalışmışdır.

1938-ci ilin mayında Ələkbər Eminov Azərbaycan Kommunist Partiyası Ağdam Rayon Komitəsinin birinci katibi seçilmişdir. O, həmin ildə Ali Sovetə keçirilən seçkilərdə deputat mandatı da qazanmışdır.

1941-ci il yanvarın 6-da Stalin adına pedaqoji məktəbin akt zalında müəllimlərin yanvar müşavirəsi keçirilir. Müşavirədə rayon təhsil şöbəsindəki problemlər müzakirə olunur və onun həlli yolları tədbir iştirakçılarının diqqətinə çatdırılır. Qeyd edilən tədbirdə RPK-nın birinci katibi Ələkbər Eminovda iştirak etmişdi. Ələkbər Eminob bu iclasda vəzifəsindən uzaqlaşdırılaraq Moskva Lenin kurslarına göndərilir.

İkinci Dünya müharibəsində cəbhəyə siyasi işçi kimi göndərilən Ələkbər Eminov Moskvanın müdafiəsində və bir sıra döyüşlərdə iştirak edir.

Ordudan tərxis edildikdən sonra Ələkbər Eminov sıra ilə Azərbaycan Kommunist Partiyası Yevlax Rayon, Qasım İsmayılov Rayon komitələrinin birinci katibi, Şamxor Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmişdir. O, 1954-cü ildən Azərbaycan Kommunist Partiyası Ağstafa Rayon Komitəsinin birinci katibi vəzifəsində işləmişdir.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 07, 2026

    Heydərabad (Hindistan)

  • Aprel 05, 2026

    Saray (Abşeron)

  • Mart 26, 2026

    Polad Bülbüloğlu

  • Aprel 06, 2026

    Malta boğazı

  • Aprel 03, 2026

    Əməliyyat sistemləri

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst