Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pəri Miniatür (tam adı: Pərinisə Fazil qızı Əsgərova; 16 oktyabr 1976, Naxçıvan rayonu) — Azərbaycanın miniatürcü rəssamı, klassik Təbriz miniatür məktəbinin da

Pəri Miniatür

  • Ana Səhifə
  • Pəri Miniatür

Pəri Miniatür (tam adı: Pərinisə Fazil qızı Əsgərova; 16 oktyabr 1976, Naxçıvan rayonu) — Azərbaycanın miniatürcü rəssamı, klassik Təbriz miniatür məktəbinin davamçısı, 1000-dən çox əsərin müəllifi, Azərbaycan Rəssamlar İttifaqının üzvü.

Pəri Miniatür
Pərinisə Əsgərova
Doğum tarixi 16 oktyabr 1976(1976-10-16) (49 yaş)
Doğum yeri
  • Naxçıvan rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam, pedaqoq
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Janr miniatür
Təsirlənib Səttar Bəhlulzadə
Faiq Əkbərov
Üzvlüyü
  • Azərbaycan Rəssamlar İttifaqı
Pəri Miniatür rəsm çəkərkən.
Xarici video
Əsərləri ilə ölkəmizi Fransada tanıdan PƏRİ MİNİATÜR - Videoreportaj.
Miniatürlərdə hansı kod və simvollar gizlənib?-Pəri Miniatür.
Ən böyük azadlıq insanın içindəki azadlıqdır--- rəssam Pəri Miniatür.

Mündəricat

Həyatı və təhsili

Pəri Miniatür 1976-cı il oktyabrın 16-da Naxçıvan MR-nın Babək rayonunda anadan olub. 1983-cü ildə Babək rayonu Təzəkənd orta məktəbində ibtidai təhsilini alan rəssam 1993-cü ildə orta təhsilini başa vurmuşdur. 1981–1991-ci illərdə rəngkarlıq, qrafika, heykəltaraşlıq, sənətşünaslıq ixtisasları, habelə teatr, kino, kulturologiya və bədii sənaye incəsənəti üzrə bir sıra yeni ixtisasların açıldığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 1993–1997-ci illərdə ali təhsilini almışdır.

Pəri Miniatür 2013-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Fəaliyyəti

2020-ci ildə Azərbaycan, Türkiyə, İran və Özbəkistanın ortaq qeyri-maddi mədəni irsi olaraq UNESCO-da qeydiyyata alınmış miniatür sənətinin layiqli davamçılarından biri də Pəri Miniatürdür. Universitet illərində müəlliminin köməyi ilə miniatür xalça sisteminin incəliklərini öyrənən rəssam miniatür sənətini seçib.

Pəri Miniatürün müxtəlif illərdə Azərbaycanda, həmçinin bir çox ölkələrdə bir sıra beynəlxalq sərgiləri keçirilmiş və o, keçirilən bir çox beynəlxalq sərgilərin də iştirakçısı olmuşdur:

  • 2000-ci ildə Türkiyədə fərdi sərgisi keçirilb.
  • 2012-ci ildə "Creative Center"də fərdi sərgisi keçirilib.
  • 2013-cü ildə "Azerbaijan Art Festival-2013" layihəsinin iştirakçısı olmuşdur.
  • 2013-cü ildə "Döyüşçü rəssamların I Respublika sərgisi" iştirakçısı olmuşdur.
  • 2013-cü ildə "Xətai Sənət Mərkəzin" də miniatür sərgi iştirakçısı olub.
  • 2014-cü ildə "Traditional Arts/Evolution" sərgi iştirakçısı olub.
  • 2016-cı ildə İstanbul "Uluslararası 12. Geleneksel Sanatçılar Buluşması" adlı festival sərgi işirakçısı olub.
  • 2016-cı ildə Bakı Beynəlxalq Multikulturalizim Mərkəzində "Azərbaycan Ədəbi-Bədii Qaynaqları" layihəsinin iştirakçısı olub.
  • 2018-ci ildə İstanbulda "Klassik və modern miniatür" fərdi sərgisi keçirilmişdir. Sərgidə Pəri Miniatürün 31 işi nümayiş etdirilib. Sərgidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri İbrahim Kalın və ailəsi, yazıçı Cemil Meriçin qızı Ümit Meriç və başqa tanınmış simalar da iştirak ediblər.
  • 2023-cü ildə Bakı Fotoqrafiya Evində (BFE) II Milli Qurama Festivalı çərçivəsində təşkil olunan “Qurama Art” sərgisində rəsmləri sərgilənmişdir.

2021-ci ildə Fransada çap edilən "Ghazals suivis de aphorismes" adlı kitabın illüstratoru olmuş Pəri Miniatür Beynəlxalq forum döş nişanı ilə də təltif edilmişdir.

Pəri Miniatürün sonuncu keçirilən "Rəngin eşqi" adlı fərdi sərgisi Rəssamlar İttifaqında Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının təşkilatçılığı baş tutmuşdur. Sərgidə rəssamın 130-dan çox əsəri nümayiş olunub.

Pəri Miniatür 30-a yaxın kitabın illüstratorudur.

2025-ci il 5-6 iyun tarixləri, Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin təşkilatçılığı ilə baş tutan Gənc Etnoqrafların I Respublika Forumunun təqdimat rəsminin müəllifi Pəri Miniatürdür.

Qalereya

  • Sövdələşmə
    Sövdələşmə

Həmçinin bax

  • Azərbaycanda miniatür sənəti
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 03, 2026

    Səmədabad (Biləsuvar)

  • Mart 26, 2026

    Babil

  • Mart 31, 2026

    Xəyalə Quliyeva

  • Aprel 07, 2026

    Orxon çayı

  • Mart 27, 2026

    Emin Ağalarov

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst