Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sədi (fars. سعدی شیرازی‎; təq. 1210, Şiraz, Fars ostanı, Xarəzmşahlar dövləti – 9 dekabr 1292, Şiraz) – orta əsrlər fars ədəbiyyatının, qəzəl janrının ən görkəm

Sədi Şirazi

  • Ana Səhifə
  • Sədi Şirazi

Sədi (fars. سعدی شیرازی‎; təq. 1210, Şiraz, Fars ostanı, Xarəzmşahlar dövləti – 9 dekabr 1292, Şiraz) – orta əsrlər fars ədəbiyyatının, qəzəl janrının ən görkəmli nümayəndələrindən biri. Sədinin əsərləri dünya ədəbiyyatında həm bədii keyfiyyəti, həm də daşıdığı dərin ictimai-sosial əhəmiyyətinə görə yüksək qiymətləndirilir.

Sədi Şirazi
fars. سعدی شیرازی‎
Təxəllüsü سعدی
Doğum tarixi təq. 1210(1210)
Doğum yeri
  • Şiraz, Fars ostanı, Xarəzmşahlar dövləti
Vəfat tarixi 9 dekabr 1292(1292-12-09) (81–82 yaşında)
Vəfat yeri
  • Şiraz, Mərkəzi bəxşi[d], Şiraz şəhristanı, Fars ostanı, İran
Təhsili
  • Nizamiyyə mədrəsəsi (1195–1226)
Fəaliyyəti şair, yazıçı
Əsərlərinin dili fars dili
Janr qəzəl
Tanınmış əsərləri
  • Gülüstan,
  • Bustan
Vikimənbənin loqosu Sədi Şirazi Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Şirazda doğulan Sədi gənc yaşlarında ərəb ədəbiyyatını və İslam biliklərini öyrənmək üçün Bağdada köçür. Dağıdıcı monqol istilalarından sonra, Sədi səfərə çıxmaq qərarına gəlir və ömrünün böyük qismini İraqı, Anadolunu, Suriyanı, Misiri, həmçinin Mərkəzi Asiyanı və Hindistanı gəzməyə, orada yaşayan insanların həyat tərzi ilə tanış olmağa həsr edir. Doğma Şirazına ahıl yaşlarında qayıdır.

Sədinin ən məşhur əsərləri "Bustan" (1257) və "Gülüstan"dır (1258). "Bustan" lirik janrda yazılmış islami nəsihətlərdən, dini baxımdan ədliyyə, təvəzökarlıq, bərabərlik kimi keyfiyyətlərin tərifindən ibarətdir. Bundan savayı əsər dərviş mədəniyyəti haqqında məlumat verir. "Gülüstan" epik formada təqdim edilmiş əhvalatlardan, lətifələrdən, hikmətli sözlərdən, məsləhətlərdən və qısa şeirlərdən ibarətdir. Hər iki əsər 1654-cü ildə alman dilinə tərcümə edilərək ilk dəfə avropalılara təqdim edilib.

Ədəbiyyat

  • Kolliyate-Sə’di. be ehtemame-Məhəmmədəli Foqruği. Tehran, 1365.
  • Sədişenasi. be kuşeşe-Kuruş Kəmali Sərvestani. dəftəre −1–4, Şiraz, 1377–1380.
  • Ziya Müvəhhid. Sədi. Tehran, 1374.
  • Əbdülhüseyn Zərrinkub. Ba karvane-holle. Tehran, 1374.
  • Sədi. Gülüstan. Bakı, 1987.
  • Саади. Бустан. вступ. статья и перевод К.Чайкина. М., 1935.
  • Şibli Ne’mani. Şerül-əcəm. celde-dovvom. Tehran, 1368.
  • Zəbihullah Səfa. Tarixe-ədəbiyyat dər İran. celde-sevvom. Tehran, 1353.
  • Рустам Алиев. Проблема восстановления поэтического наследия Саади Ширази. АДД. Москва, 1968.
  • Rəhim Sultanov. Sədi yaradıcılığında "Gülüstan". Bakı, 1961.
  • Məsiağa Məhəmmədi "Həqiqət və gözəllik şairi" 05.01.2008.
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 29, 2026

    Morj

  • Aprel 06, 2026

    Bayburdlu oymağı

  • Aprel 02, 2026

    Şamlı (tayfa)

  • Aprel 07, 2026

    Pirallahı adası

  • Mart 26, 2026

    Seyid Əzim Şirvani

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst