Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məşhur Osmanlı tarixçisi Gəlibolulu Mustafa Əliyə görə, şahzadəliyi dönəmində I Səlimin adı bilinməyən bir kənizdən olan oğludur. Səlimin taxta çıxdığı il dünya

Üveys Paşa

  • Ana Səhifə
  • Üveys Paşa

Üveys Paşa (1512 – 1547, Səna) — I Səlimin oğlu və Osmanlı paşası.

Şahzadə Üveys
Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 1512
Doğum yeri İstanbul, Osmanlı imperatorluğu
Vəfat tarixi 1547 (34–35 yaşında)
Vəfat yeri
  • Səna, Yəmən
Fəaliyyəti siyasətçi
Atası I Səlim

Həyatı

Məşhur Osmanlı tarixçisi Gəlibolulu Mustafa Əliyə görə, şahzadəliyi dönəmində I Səlimin adı bilinməyən bir kənizdən olan oğludur. Səlimin taxta çıxdığı il dünyaya gəlmişdir. Mustafa Əlinin Künhü'l-ahbâr əsərində yazdıqlarına görə Şahzadə Üveysin anası evləndirilərək saraydan göndərilmiş ancaq daha sonradan kənizin hamilə olduğu anlaşılmışdır. Bundan sonra kəniz başqasıyla evli olduğundan şahzadə olaraq qəbul edilməmiş, buna baxmayaraq I Səlim Şahzadə Üveysin yetişdirilməsinə diqqət yetirmişdir.

Siyasi fəaliyyəti

Atası I Səlimin vəfatından sonra taxta çıxan qardaşı I Süleyman 1545-ci ildə Üveysi paşa ünvanıyla təltif edərək Yəmən Bəylərbəyi təyin etmişdir. Bundan sonrakı tarixi qaynaqlarda Üveys Paşa anılmaqdadır. Üveys Paşa 1547-ci ildə Yəməndə çıxan bir qiyam əsnasında öldürülmüşdür. Rəvayətə görə, Üveys Paşanın ölüm xəbəri Süleymana çatdırılanda "O mənim ata bir qardaşım idi" demişdir. Bundan başqa Üveys Paşanın Trablusqərb hakimlərindən Saqqızlı Mehmed Paşanın atası olduğu qeyd edilir.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Xarəzmşahlar dövləti

  • Mart 26, 2026

    Ayaz Mütəllibov

  • Aprel 05, 2026

    Xovsuz xalçalar

  • Aprel 02, 2026

    Kasa Mila

  • Mart 27, 2026

    Hüseyn Cavid

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst