Gürcüstan memarlığı — Gürcüstan ərazisində yerləşən bina və tikililərin memarlıq üslublarını ifadə edir.
Gürcü milli memarlığında tarixən qala, kilsə, qəsr və qüllə istiqamətləri daha çox inkişaf etmişdir. Yuxarı Svaneti qüllələri, Şatili və Xevsureti qalaları orta əsrlər gürcü müdafiə tikililərinin ən yaxşı nümunələridir.
Tarixən Ermənistan memarlığı|Erməni və Bizans memarlıqları ilə ünsiyyətdə olmasına baxmayaraq, gürcü kilsə memarlığı bir neçə xüsusi cəhətə malikdir. Tarixi gürcü kilsə və kafedralları düzbucanqlı və ya xaçvari təməl üzərində ucalan hündür barabanlı günbəzlə tamamlanan struktura malikdir. "Gürcü xaç-günbəz stili" də adlandırılan bu üslub Gürcüstan ərazisində IX əsrdən başlayaraq inkişaf etmişdir. Həmin dövrdən əvvələ aid gürcü kilsələri isə bazilika formasına malikdirlər.
Svetitsxoveli kafedralı, Msxeta, XI əsr
Baqrati kafedralı, Kutaisi, XI əsr
Gelati monastırı, Kutaisi, XII əsr
Bakirə Məryəm kafedralı, Batumi, 1898-1903
Dadiani sarayı, Zuqdidi, 1840, memar: Edqar Rays
Muxrani sarayı, Muxrani, 1873
Likani sarayı, Likani, 1892-1895, memar: Leonti Benua
Senaki teatrı, Senaki, 1879
Tbilisi Dövlət Opera və Balet Teatrı, Tbilisi, 1851