Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hacıbaba Hüseynəli oğlu Hüseynov (15 mart 1919, Bakı – 24 oktyabr 1993, Bakı) — Azərbaycan xanəndəsi, şair və qəzəlxan, pedaqoq, Azərbaycan SSR xalq artisti (19

Hacıbaba Hüseynov

  • Ana Səhifə
  • Hacıbaba Hüseynov

Hacıbaba Hüseynəli oğlu Hüseynov (15 mart 1919, Bakı – 24 oktyabr 1993, Bakı) — Azərbaycan xanəndəsi, şair və qəzəlxan, pedaqoq, Azərbaycan SSR xalq artisti (1990).

Hacıbaba Hüseynov
Ümumi məlumatlar
Doğum tarixi 15 mart 1919
Doğum yeri Bakı, Bakı qəzası, Azərbaycan Demokratik Respublikası
Vəfat tarixi 24 oktyabr 1993 (74 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri Fəxri Xiyaban
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti xanəndə
Fəaliyyət illəri 1945–1993
Janrlar muğam, xalq musiqisi
Musiqi aləti qaval
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19901990 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1989
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Hacıbaba Hüseynov 15 mart 1919-cu ildə Bakıda anadan olmuşdur. Ruhani ailəsində böyümüşdür. 1941-ci ildə Böyük vətən müharibəsinin başlaması ilə "Parkommuna" zavodunda tornaçı işləməyə başlayır. 1945-ci ildə müharibə bitəndən sonra Hacıbaba Hüseynovun baldızı olan tanınmış xanəndə Sara Qədimova Hacıbaba Hüseynovu görkəmli pedaqoq, tarzən Əhməd Bakıxanovla tanış edir. Ə. Bakıxanov H. Hüseynovu öz ansamblına dəvət edir. O, həmin ansamblda üç il fəaliyyət göstərmişdir.

1962–1992-ci illərdə Hacıbaba Hüseynov Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs demişdir. Nəzakət Məmmədova, Qədir Rüstəmov, Aqil Məlikov, Səxavət Məmmədov, Zaur Rzayev, Teymur Mustafayev, Sabir Əliyev, Bilal Əliyev, Zabit Nəbizadə və başqaları onun tələbələri olmuşdur.

Hacıbaba Hüseynov Rast muğamının "Üşşaq", "Hüseyni", "Novruzi ravəndə", digər muğamlarda olan "Şah Xətai" şöbələrinin ilk ifaçısı olub. Onun təşəbbüsü ilə Bayatı-Şiraz muğamının "Dilrüba" şöbəsi dərsliyə əlavə olunub.

Xanəndə 1989-cu ildən xarici ölkələrə qastrol səfərlərinə başlayır. İlk səfəri böyük bir musiqiçi və ziyalı heyəti ilə İraqa olmuşdur. 1990-cı ildə Türkiyənin Adana şəhərində, 1991-ci ildə 1 ay ərzində Belçikanın Brüssel, Fransanın Paris, Marsel, Lyon, Monpelye şəhərlərində, İsveçrədə, Hollandiyada konsertlər verir. Son səfəri 1992-ci ildə on iki nəfərlik musiqiçi heyəti ilə 2 aydan artıq çəkən İran İslam Respublikasına olur.

H. Hüseynov 24 oktyabr 1993-cü ildə Bakıda vəfat etmişdir. Heydər Əliyevin göstərişi ilə xanəndə 26 oktyabr 1993-cü ildə Birinci Fəxri Xiyabanda dəfn olunub.

22 fevral 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıbaba Hüseynovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.

Sara Qədimova və Hacıbaba Hüseynov. 1960-cı illər

Mükafatları

  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 29 oktyabr 1990[⇨]
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 21 mart 1989[⇨]

Filmoqrafiya

  • Ocaq başı (film, 1990)
  • Qayıdış (film, 1992)
  • "Hacı Mail" nağılı... (film, 2005)
  • Muğamat var olan yerdə… (film, 2009)
  • Ver sözə ehya ki... (film, 1990)

Həmçinin bax

  • Durnam (xalq mahnısı)

Ədəbiyyat

  • Hüseynov, Rafael. Hacıbaba Hüseynov (az.). Bakı: Şərq-Qərb. 2017. səh. 144. ISBN 978-9952-34-361-8.
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 29, 2026

    Raquf Orucov

  • Mart 26, 2026

    Ayaz Mütəllibov

  • Aprel 02, 2026

    Böyük böhran

  • Aprel 07, 2026

    Türkmənçay (İran)

  • Aprel 04, 2026

    XI əsr

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst