Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çinarlı (əvvəlki adları: Georqsfeld (1888-1916); Georgiyevsk (1916-1932); Leninfeld (1932–1942); Leninkənd(1942-1962), Lenin (1962–29 dekabr 1992) — Azərbaycan

Çinarlı (Şəmkir)

  • Ana Səhifə
  • Çinarlı (Şəmkir)

Çinarlı (əvvəlki adları: Georqsfeld (1888-1916); Georgiyevsk (1916-1932); Leninfeld (1932–1942); Leninkənd(1942-1962), Lenin (1962–29 dekabr 1992) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Şəmkir rayonunun Lenin qəsəbəsi Çinarlı qəsəbəsi adlandırılmışdır.

Çinarlı
40°46′50″ şm. e. 46°06′54″ ş. u.HGYO
Ərazisi 14.32 kv.km
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 7.500 nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 5713
Xəritəni göstər/gizlə
Çinarlı xəritədə
Çinarlı
Çinarlı
qadın abidəsi
Çinarlı Məscid

Mündəricat

Tarixi

Çinarlı

Yaşayış məntəqəsini 1888-ci ildə Yelenendorf kolonistlərindən olan 80 ailə tərəfindən qurulub və onu hersoq George Alexandrovich Romanovun şərəfinə Georgsfeld adlandırıblar. 1917-ci ilə qədər Yelisavetpol quberniyasının, Yelisavetpol qəzasının, Georgsfeld (Georgiyevsk) volostunun tərkibində olmuşdur. Quberniya hakimiyyətinin 9 fevral 1916-cı il tarixli fərmanı ilə Rusiya ilə Almaniya arasında gedən müharibəni nəzərə alaraq Georgievsk adlandırılıb. 1932-ci ildə Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin qərarı ilə Georgsfeld kəndinin adı dəyişdirilərək Leninfeld adlandırıldı. 1942-ci ildə burada yaşayan almanlar İkinci dünya müharibəsi zamanı məcburi olaraq başqa yerlərə köçürülmüş və 1947–49-cu illərdə Ermənistandan zorla qovulmuş Azərbaycanlı ailələr burada yerləşdirilmışdır. Almanlar çıxarıldığı tarixdən 1962-ci ilə kimi kənd Leninkənd, 1962-ci ildə isə qəsəbə statusu verildikdən sonra Lenin adlandırıldı. 1992-ci ildən Çinarlı adı ilə rəsmiləşdirilmişdir. Rəmzi məna daşıdığı güman edilir. Şəmkir çayının kənarında yerləşən bu qəsəbədə bəzi qədim qalaların da qalıqları mövcuddur. Bunlardan biri də Koroğlu qalasıdır.

Qəsəbədə 2006-cı ildə böyük məscid kompleksi də inşa edilmişdir. 2009–2010-cu tədris ilində Çinarlı qəsəbə N. Süleymanov adına 2 saylı orta məktəb yenidən qurularaq istifadəyə verilmişdir.

Mədəniyyəti

Çinarlı qəsəbəsində böyük istirahət parkı, 1980-ci ildə inşa edilmiş Qələbə kompleksi, 1990-cı il 20 yanvar şəhidlərinə ucalmış abidə və hazırda çalışmayan kinoklub mövcuddur. Parkda 1926-cı ildə tikintisi başlanıb NKVD orqanları tərəfindən yarımçıq dayandırılmış kirxa binası da var.

Chinarly

Coğrafiyası və iqlimi

Qəsəbə rayon mərkəzindən 8 km, dəmiryol stansiyasından 4 km məsafədə yerləşir. İqlimi mülayimdir. Çinarlı qəsəbəsi bir tərəfdən Nüzgər dağı, bir tərəfdən Şəmkir çayı, digər tərəflərdən isə Gəncə-Qazax düzənliyi ilə əhatəlidir. Havasi sərindir. Çinarlıda almanlar tərəfindən 20-ci əsrin əvvələrində inşa etdirilmiş və indi də əhalinin sularından istifadə etdiyi çoxsaylı yeraltı kəhriz quyuları mövcuddur.

Əhalisi

Əhalisi 7458 nəfərdir(2025). Çinarlı qəsəbəsi İcra Nümayəndəsi əvəzi Kərim Adil oğlu Rəhimovdur.

İqtisadiyyatı

S.Vurgun street

İqtisadiyyatın prioritet sahələri: kənd təsərrüfatı və heyvandarlıq.

Qəsəbədə iki 11 illik orta məktəb, üç kitabxana, məscid, ailə sağlamlıq mərkəzi , dörd uşaq bağçası, musiqi məktəbi, poçt şöbəsi və ATS, üç aptek, almanlar tərəfindən salınmış istirahət parkı, 1907 ci ildə tikilmiş fəaliyyət göstərməyən böyük şərab zavodu və Şəmkir Səbəti adlı iri topdansatış meyvə tərəvəz bazarı mövcuddur

Çinarlı Park
Nizami street

Həmçinin bax

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Qarabağ atı

  • Aprel 04, 2026

    XIII əsr

  • Aprel 05, 2026

    Dağıstan bayrağı

  • Mart 27, 2026

    Həzm sistemi

  • Mart 26, 2026

    Lənkəran xanlığı

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst