Ramiz Cəbrayılov (tam adı: Cəbrayılov Ramiz Məhərrəm oğlu; 5 may 1961, Laçın rayonu) — Laçın rayonu İcra Hakimiyyətinin başçısı (2007 – 4 mart 2013).
| Ramiz Cəbrayılov | |
|---|---|
| 2007 – 2013 | |
| Əvvəlki | Elbrus Təhməzov |
| Sonrakı | Akif Səlimov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 5 may 1961 (64 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Fəaliyyəti | siyasətçi |
Həyatı
Ramiz Cəbrayılov 1961-ci ildə Laçın rayonunun Ağanus kəndində anadan olmuşdur.
1968–1978-ci illərdə Ağanus kənd orta məktəbində təhsil almışdır.
İlk əmək fəaliyyətinə Şuşa rayonunun Kirov adına sovxozunda təsərrüfat fəhləsi kimi başlamışdır.
1984-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitunu baytarlıq, sonra isə 1989-cu ildə Bakı Sosial İdarəetmə və Politologiya İnsititunu politoloq ixtisası üzrə bitirmişdir.
1985-ci il yanvar-mart aylarında Laçın rayon Baytarlıq laboratoriyasında sereloq həkim, 1985-c i ilin mart ayından 1986-cı ilin noyabr ayınadək Azərbaycan LKGİ Laçın Rayon Komitəsində şöbə müdirinin müavini, 1986-cı il noyabr ayından 1987-ci ilin dekabr ayınadək həmin Komitədə ikinci katib işləmişdir.
1987–1992-ci illərdə LKGİ Laçın rayon Komitəsinin birinci katibi vəzifəsində işləmişdir.
1992–1994 illərində Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır.
1994-cü ildən 2003-cü ilə qədər Laçın Rayon Əmək və Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləmişdir.
1995-ci ildə Azərbaycan Milli Məclisinə keçirilən seçkilər zamanı Laçın-Qubadlı-Zəngilan Seçki Dairəsinin, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçkiləri zamanı 58 saylı Laçın Seçki Dairəsinin, 2003–2007-ci illərdə 121 saylı Laçın Seçki Dairəsinin sədri olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2007-ci il tarixli Sərəncamı ilə Laçın Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin olunmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür.
4 mart 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Ramiz Məhərrəm oğlu Cəbrayılov Laçın rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir.
Ailəlidir bir övladı var.