Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cəng arabası və ya Döyüş arabası - qədim zamanlarda xüsusən hərbidə hərəkət vasitəsi kimi istifadə edilən ikitəkərli və dördtəkərli zirehli qoşqu arabası.

Döyüş arabası

  • Ana Səhifə
  • Döyüş arabası

Cəng arabası və ya Döyüş arabası - qədim zamanlarda xüsusən hərbidə hərəkət vasitəsi kimi istifadə edilən ikitəkərli və dördtəkərli zirehli qoşqu arabası.

Qədim Misirə aid döyüş arabası
Kurqan hipotezinə əsasən döyüş arabasının istifadə edildiyi ərazilərin xəritədə təsviri.

Mündəricat

İcad edilməsi

Cəng arabası Ur müharibə və sülh ştandartlarına əsasən təxminən e. ə. 2600-cü illərdən müharibələrdə istismar edilməyə başlanılmış ən qədim döyüş texnikası sayılır.

Təxminlərə görə ilk dəfə e.ə. III minillikdə şumerlər tərəfindən ağır diskli ikitəkərli və dördtəkərli formada hazırlanmış bu döyüş arabaları sonradan e.ə. II yüzillikdə yüngül mil təkərlərlə əvəz edilərək ikitəkərli çevik araba formasını almış və eramıza qədər geniş tətbiqini tapmışdır.

Bu araba vasitəsilə oxatanlar, nizəçilər, qılıncoynadanlar döyüşə atılarmışlar. Zəmanəsinə görə at qoşqulu bu arabalar çox baha başa gəldiyindən, belə arabalar əsasən varlı və adlı-sanlı cəngavərlərə məxsus idi. Homer öz məşhur poeması "İliada"da belə cəngavərlərin təsvirinə geniş yer vermişdir. Çox vaxt döyüş arabası iki və daha çox sərnişinə malik olurdur ki, bunlardan biri yalnız arabanı idarə edər və digərləri isə döyüşə girərmişlər.

Taktiki istismar

Arabanın ilkin variantı təchizat - döyüş meydanına sursat və döyüşçü daşımaq üçün nəzərdə tutulmuşdur. Məqsəd döyüşçülərin, cəngavərlərin sıradan çıxmış silahlarını eyni zamanda həlak olmuş döyüşçüləri çevik olaraq yeniləri ilə əvəz etmək idi.

Lakin arabanın sürətli hərəkəti döyüş meydanında hərdi manevrlər etməyə də imkan verirdi ki, bu da onun sonrakı manevr variantının meydana çıxmasını labüd edirdi. Döyüş arabaları imkan verirdi ki, oxatanlar, nizəçilər döyüş meydanında çevik manevrlər edərək rəqibə ağır zərbələr endirsinlər və zəif cinahları gücləndirsinlər. Döyüş arabaları xüsusən oxçuları rəqib qüvvələrinə zərbələr endirmək üçün optimal məsafələrə daşımaq kimi mühüm funksiya daşıyırdılar. İki və dörd at qoşulmuş bu arabalar sürətlə irəliləyərək ön xətti keçib rəqib meydanında döyüşü qəbul etməyə imkan verirdi. Bu çeviklik və sürət atların və təkərlərin altında qalmaqdan ehtiyat edən rəqib piyadalarında çaxnaşma və vahimə törədərək onları geri qaçmağa vadar edirdi.

Buna müasir döyüşdə istifadə olunan zirehli maşınların manevrlərinin ibtidai taktik forması kimi də baxmaq olar. Sonradan bu döyüş arabalarını çevik süvarilər əvəz etməyə başlamışdır.

Tarix

Cəng arabası haqqında ilkin məlumat e. ə. II minilliyə aid Andronov mədəniyyətinin qazıntı eksponatlarına əsaslanır. Lakin şumerlərin primitiv formada olan bu arabaları hələ cəng üçün nəzərdə tutulmamışdır. Sonralar bu arabalardan istifadə Dəclə və Fərat çayları arasındakı Mesopotamiyaya oradan Het və Assuriya dövlətlərinin ərazilərinə qədər yayılmışdır. Daha sonra bu arabaların istismarı Yaxın Şərqin qədim hiksos köçəri tayfaları vasitəsilə Qədim Misirə qədər yayılmağa başlamışdır. hiksoslarla Qədim Misirlilər arasındakı e.ə. 1274 cü ildə baş vermiş Kadeş döyüşündə bu cəng arabalarından istifadə edilmişdir. "Qədim vəsiyyətnamədə" zirehli cəng arabalarından dönə-dönə söhbət açılır. Bu arabaların e.ə. II minillikdə (bəzi fərziyyələrə görə VI minillik) Hindistan və Çin ərazilərində istismarı təxmin edilir. Çin ərazisində qazıntılar zamanı tapılmış bu araba qalıqları e.ə. 1200-cü ilə aid edilir. Bəzi məlumatlara görə e.ə. 1600-cü ildə Sya sülaləsi dövründə hələ bu cəng arabalarından istifadə edilmişdir.

Mifologiya

Günəş tanrısı Helios

Müxtəlif xalqların əfsanə və dastanlarında bilavasitə cəng arabaları haqqında geniş məlumatlar verilməkdədir. Bura hinduizmin ən qədim Veda əlyazmasını, Yunan mifologiyasında günəş tanrısı Heliosun cəng arabasındakı təsviri və s. aiddirlər.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 04, 2026

    V əsr

  • Aprel 03, 2026

    Qida sənayesi

  • Aprel 08, 2026

    III Amenofis

  • Aprel 05, 2026

    Aland adaları

  • Mart 28, 2026

    Taclı Bəyim

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst