Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sahil mühafizəsi — ölkələrin dənizlərdən olan təhlükəsizliyini (hüquq-mühafizə orqanı) təmin edən təşkilatdır.

Sahil mühafizəsi

  • Ana Səhifə
  • Sahil mühafizəsi

Sahil mühafizəsi — ölkələrin dənizlərdən olan təhlükəsizliyini (hüquq-mühafizə orqanı) təmin edən təşkilatdır.

Sahil mühafizəsi xidmətlərinin tərifi və əhatə dairəsi və onları həyata keçirən orqanın strukturu ölkələrin müvafiq qanunvericiliklərindən asılı olaraq ölkələr arasında çox böyük fərqliliklər göstərə bilir. Sahil mühafizəsini icra edən orqanların vəzifələri sırasına dəniz qanunvericiliyinin tətbiqi, milli dəniz sərhədlərinin mühafizə edilməsi, patrul xidmətləri, dəniz və ya sahildə həyata keçirilən narkotik qaçaqmalçılığı, silah qaçaqmalçılığı, insan qaçaqmalçılığı və digər qeyri-qanuni kommersiya fəaliyyətləri ilə mübarizə aparmaq, dənizin çirklənməsi ilə mübarizə aparmaq, dəniz gəmiləri və dənizdə olan şəxslərin mühafizəsi və xilas edilməsi ilə bərabər milli və beynəlxalq qanunvericiliklə nəzərdə tutulmuş digər fəaliyyətlərin həyata keçirilməsi daxildir. Xüsusilə də müharibə dövründə bu vəzifələr limanların təhlükəsizliyinin təmin edilməsi və dəniz kəşfiyyatını əhatə edəcək şəkildə genişləndirilə bilər.

Mündəricat

Azərbaycan

Azərbaycan Respublikasında sahil mühafizə xidmətini Dövlət Sərhəd Xidmətinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi təşkil edir.

Ədəbiyyat siyahısı

  • «Военный энциклопедический словарь» (ВЭС), Москва, Военное издательство (ВИ), 1984 г., 863 стр. с иллюстрациями (ил.), 30 листов (ил.);
  • Береговая охрана // Военно-морской словарь. М.: Воениздат. гл. ред. Руководители флота СССР и России. 1989. 44. ISBN 5-203-00174-x.
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Nida

  • Aprel 06, 2026

    Kəşfiyyat idarəsi

  • Mart 26, 2026

    Dağıstan

  • Aprel 08, 2026

    Müstəqim Məmmədov

  • Aprel 03, 2026

    Sabit Rəhman

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst