Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

İlbər Ortaylı (21 may 1947, Breqenz[d], Forarlberq[d] – 13 mart 2026, İstanbul) — Türkiyə tarixçisi, alimi və yazıçısı.

İlbər Ortaylı

Vikipediya, azad ensiklopediya
İlbər Ortaylı
türk. İlber Ortaylı
Ortaylı 2023-cü ildə.
Ortaylı 2023-cü ildə.
Doğum tarixi 21 may 1947(1947-05-21)
Doğum yeri
  • Breqenz[d], Forarlberq[d], Avstriya
Vəfat tarixi 13 mart 2026(2026-03-13) (78 yaşında)
Vəfat yeri
  • İstanbul, Türkiyə
Vəfat səbəbi bir neçə orqan çatışmazlığı sindromu
Dəfn yeri
  • Türkiyə
Vətəndaşlığı Türkiyə Türkiyə
Uşağı 1
Atası Kamal Ortaylı[d]
Anası Şəfiqə Ortaylı[d]
Elm sahələri Osmanlı imperiyasının tarixi, idarə tarixi[d], Dövlət və hüquq tarixi, Sosial tarix
İş yerləri
  • Ankara Universiteti,
  • Qalatasaray Universiteti,
  • Bilkent Universiteti,
  • ÖDTÜ,
  • İstanbul Medipol Universiteti
Təhsili
Elmi rəhbəri Xəlil İnalcık
Tanınmış yetirmələri Əli Yaycıoğlu[d], Əmrah Səfa Gürkan[d]
Üzvlüyü
  • Türk Tarix Qurumu,
  • Makedoniya Elmlər və İncəsənət Akademiyası[d] (2011),
  • Türkiyə Elmlər Akademiyası (2012)
Mükafatları "Puşkin" medalı "İncəsənət və ədəbiyyat" ordeninin zabit dərəcəsi Order of the Star of Italian Solidarity Officer of the Order of the Star of Italy Austrian Decoration for Science and Art
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlbər Ortaylı (21 may 1947, Breqenz[d], Forarlberq[d] – 13 mart 2026, İstanbul, İstanbul) — Türkiyə tarixçisi, alimi və yazıçısı.

Həyatı

1947-ci ildə Avstriyada Krım tatarı ailəsində doğulub. 2 yaşında ailəsiylə birlikdə Türkiyəyə köçüb. İbtidai və orta təhsilini İstanbul Avstriya liseyində tamamlayıb. 1965-ci ildə Ankara Atatürk liseyindən məzun olub.

Akademik kariyerası

1970-ci ildə Ankara Universitetinin Dil, Tarix və Coğrafiya fakültəsinin Tarix şöbəsini bitirib. Vyana Universitetində slavyan və Şərqi Avropa dillərini öyrənib.

Vyana Universiteti
Qalatasaray Universiteti

Magistr təhsilini Çikaqo Universitetində Xəlil İnalcıkdan almışdır. 1974-cü ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsində "Tənzimatdan Sonra Yerli İdarəetmələr" adlı dissertasiyası ilə doktorluq dərəcəsi almış və 1979-cu ildə "Osmanlı İmperiyasında Almaniyanın Təsiri" adlı əsəri ilə həmin fakültədə dosent olmuşdur.

1982-ci ildə dövlətin akademik siyasətinə reaksiya olaraq vəzifəsindən istefa etdi. Bu dövrdə Vyana, Berlin, Paris, Prinston, Moskva, Roma, Münhen, Strasburq, Yanya, Sofiya, Kiev, Kembric, Oksford və Tunis universitətlərində qonaq kimi müəllim üzvü oldu, buralarda seminarlar və konfranslar etdi.

1989-cu ildə Türkiyəyə qayıtdı, professor oldu və 1989-cu ildən 2002-ci ilə qədər Ankara Universitetinin Siyasi Elmlər Fakültəsində İnzibati Tarix kafedrasının müdiri vəzifəsində çalışdı. Onun XVI-XIX əsrlər arasında Osmanlı tarixi və rus tarixi ilə bağlı məqalələri yerli və xarici jurnallarda dərc olunub.

2002-ci ildə Qalatasaray Universitetində, iki il sonra isə Bilkent Universitetində qonaq müəllim kimi çalışıb. Ən son olaraq Qalatasaray Universiteti Hüquq Fakültəsində və MEF Universiteti Hüquq Fakültəsində Türk Hüquq Tarixi dərsləri verib. O, Qalatasaray Universiteti Senat üzvü olmuş, həmçinin İbtidai Təhsil və Sağlamlıq Fondu Kapadokiya Peşə Məktəbinin Himayəçilər Şurasının üzvü olmuşdur.

Topqapı Sarayı

2005-ci ildə Topqapı Sarayı Muzeyi sədri oldu. 7 il bu vəzifədə qalan İlbər Ortaylı 2012-ci ildə yaşına görə təqaüdə çıxdı və vəzifəni Ayasofya Muzeyi müdiri Haluk Dursuna təhvil verdi.

İlbər Ortaylı Beynəlxalq Osmanlı Araşdırmaları Komitəsinin idarə heyətinin üzvü, Avropa İran Araşdırmaları Cəmiyyətinin və Avstriya-Türkiyə Elmlər Forumunun üzvü olmuşdur.

Tarix Fondu və Afət İnan ailəsi ilə əməkdaşlıq çərçivəsində iki ildən bir verilən Afət İnan Tarix Tədqiqat Mükafatının qalibləri 2004-cü ildə İlbər Ortaylının da daxil olduğu münsiflər heyəti tərəfindən müəyyən edilmişdir. O, Dolmabağça Sarayında Milli Saraylar Müdirliyi tərəfindən təşkil edilən "I Əbdülməcid və onun dövrü ölümünün 150-ci ildönümündə" adlı beynəlxalq simpoziumun açılış və bağlanış sessiyalarında iştirak etmişdir.

Ortaylı alman, rus, ingilis, fransız, italyan, fars dillərində sərbəst danışır və latın dilini yaxşı bilirdi.

Şəxsi həyatı

1981-ci ildə Mərsin köhnə Senatoru Dr. Talip Özdolayın qızı Ayşə Özdolay ilə evləndi və bu evlilikdən Tuna adlı bir qızı dünyaya gəldi. Daha sonra 1999-cu ildə həyat yoldaşından boşandı. 2026-cı ilin 11 mart tarixində 5 gündür ağır vəziyyətdə olduğu ictimaiyyətə açıqlandı. 13 mart 2026-cı il tarixində isə vəfat etdi.

Ortaylı kompüter və internetdən istifadə etməyi sevmirdi. Üstəlik onun uşaqlığından bəri böyük bir ehtiras və diqqətlə yığdığı miniatür avtomobillərdən ibarət böyük bir kolleksiyası var.

Televiziya proqramları və yazıları

2004-cü ildə TRT 2-də başlayıb TRT Türk-də həftə sonları yayımlanan "İlbər Ortaylı ilə" adlı sənədli verilişin aparıcılığını etmişdir. NTV-də "İlbər Ortaylı ilə Tarix dərsləri" adında bir proqram aparmışdı. Son vaxtlarda "Bloomberg HT" kanalında "İlbər Ortaylı ilə Zaman Kaybolmaz" adlı bir program hazırlayırdı.

2000-ci ildən bəri bazar günləri "Milliyət" qəzetində, aylıq "Atlas Tarix" və üç aylıq "Doğu Batı" jurnallarında məqalələr yazırdı. Bir dövr yayımlanan "Populyar Tarix" və "Tarix və Toplum" jurnalladında və "Habertürk" qəzetinin "Habertürk Tarix" əlavəsində də məqalələri yayımlanmışdır. O vaxtdan bəri "Doğu Batı" və "NTV Tarix" jurnallarının redaksiya heyətinin üzvü olaraq qalmışdır. İlbər Ortaylı "Milliyət Sənət"ə verdiyi bir reportajında, kitablığında 30.000 civarında kitabı oldugunu və bunların 5.000-ini Qalatasaray Universitetinə bağışladığını ifadə etmişdir.

Aldığı mükafatlar

Prof. Dr. İlbər Ortaylı

İlbər Ortaylı "Osmanlı tarixində ailə" adlı əsəri, eləcə də 1970-ci illərin əvvəllərindən bəri tarix sahəsindəki tədqiqatları, dərc olunmuş məqalələri və kitabları, tarix elminin populyarlaşdırılması səyləri, tarixin hər yaşdan olan türk üçün cəlbedici edilməsindəki fəaliyyəti, xaricdəki elmi fəaliyyətləri və beynəlxalq səviyyədə türk tarixşünaslığında əhəmiyyətli bir şəxs kimi statusu nəzərə alınaraq 2001-ci ildə tarix sahəsində "Aydın Doğan" Mükafatına layiq görülmüşdür.

İtaliyanın Latsio bölgə administrasiyası tərəfindən 2006-cı ildə təşkil edilən və hər il davam etdirilməsi planlaşdırılan "Aralıq dənizi" festivalında sosial və vətəndaş tarixi sahəsində "Avropa ilə Aralıq dənizi arasında Latsio" mükafatının Prof. Dr. İlbər Ortaylıya verilməsi məqsədəuyğun hesab edilib.

2007-ci ildə rus dilinin və mədəni irsinin təşviqi və ölkələri və xalqları bir-birinə yaxınlaşdırdığına görə Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanmış "Puşkin medalı" ilə təltif edilib.

Əsərləri

  • Tənzimattan sonra məhəlli idarələr (1974)
  • Türkiyədə Bələdiyyənin Təkamülü (İlhan Təkəli ilə birlikdə, 1978)
  • Türkiyə İdarə Tarixi (1979)
  • Osmanlı İmperatorluğunda alman nüfuzu (1980)
  • Gələnəkdən Gələcəyə (1982)
  • İmperiyanın ən uzun yüz ili (1983)
  • Tənzimatdan Cümhuriyyətə Yerli İdarəetmə Ənənəsi (1985)
  • İstanbuldan səhifələr (1986)
  • Studios on Ottoman Transformation (1994)
  • Hüquq və idarə adamı olaraq Osmanlı dövlətində kadı (1994)
  • Türkiyə idarə tarixinə giriş (1996)
  • Osmanlı ailə quruluşu (2000)
  • Tarixin Hüdudlarına Səyahət (2001)
  • Osmanlı İmperiyasında iqtisadi və sosial dəyişiklik (2001)
  • Osmanlı mirasından Cümhuriyyət Türkiyəsinə (Taha Akyol ilə birliktə, 2002)
  • Osmanlı Barışı (2004)
  • Barış Köprüləri: Dünyaya açılan türk məktəbləri (2005)
  • Osmanlını yenidən kəşf etmək-1 (2006)
  • Qırx Ambar Söhbətləri (2006)
  • Osmanlını yenidən kəşf etmək-2 (2006)
  • Qədim Dünya səyahatnaməsi (2007)
  • Avropa və Biz (2007)
  • Qərbləşmə Yolunda (2007)
  • Osmanlını yenidən kəşf etmək-3 (2007)
  • Məkan və hadisələriylə Topqapı Sarayı (2007)
  • Tariximiz və Biz (2008)
  • Tarixin İzində (2008)
  • Tarixin işığında (2009)
  • Türkiyənin yaxın tarixi (2010)
  • Dəftərimdən portretlər (2011)
  • Tarixin kölgəsində (Taha Akyol ilə birliktə) (2011)
  • Yaxın tarixin gerçəkləri, Timaş Yayınları (2012)
  • Cümhuriyyətin ilk yüz ili 1923–2023, Timaş Yayımları (2012)
  • Türklərin qızıl çağı (2017)
Üst