Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi — Bakı şəhərində fəaliyyət göstərmiş orta ixtisas incəsənət məktəbi. Azərbaycanın ilk rəssamlıq məktəbidir.
| Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi | |
|---|---|
| |
| Tip | orta ixtisas incəsənət məktəbi |
| Əsası qoyulub | 1920 |
| Bağlanıb | 13 iyun 2000 |
| Yenidən təşkil olunub | Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci kimi |
| Ölkə | |
| Şəhər | Bakı |
| 40°22′27″ şm. e. 49°50′37″ ş. u.HGYO | |
![]() | |
Tarixi
Məktəb 1920-ci ildə rəssam Əzim Əzimzadənin təşəbbüsü ilə yaradılmışdır. Təhsil müəssisəsi 1920–1921-ci illərdə Azərbaycan Dövlət Bədii Studiyası, 1921–1922-ci illərdə Ali Rəssamlıq Emalatxanaları, 1922–1927-ci illərdə Ali Rəssamlıq Məktəbi, 1927–1940-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumu, 1940-cı ildən isə Azərbaycan Dövlət Rəssamlıq Məktəbi adlanmışdır. 1943-cü ildə isə məktəbə Əzim Əzimzadənin adı verilmişdir.
13 iyun 2000-ci ildə Azərbaycan Rəssamlıq Akademiyası yaradılan zaman məktəb İncəsənət Kolleci adı ilə həmin akademiyanın tabeliyinə verilmişdir.
Məktəbin direktorları
- Mürsəl Nəcəfov
- Əyyub Hüseynov (1956–1965)
- Əyyub Məmmədov (1965–1975)
Mükafatları
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 18 dekabr 1980
Həmçinin bax
- Azərbaycan Rəssamlıq Akademiyası
- Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci

