Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Seyid Müctəba Hüseyni Xamenei (fars. سید مجتبی حسینی خامنه‌ای‎; 8 sentyabr 1969, Məşhəd) — İranlı siyasətçi və dövlət xadimi, din xadimi, Əli Xameneinin oğlu, m

Müctəba Xamenei

Vikipediya, azad ensiklopediya
Müctəba Xamenei
fars. مجتبی خامنه‌ای
Xamenei 2026-cı ildə
Xamenei 2026-cı ildə
İranın Ali Rəhbəri
Vəzifədədir
8 mart 2026-cıildən
ƏvvəlkiƏli Xamenei
Şəxsi məlumatlar
Doğum tarixi 8 sentyabr 1969(1969-09-08) (56 yaş)
Doğum yeri
Təhsili
  • Qum elmiyyə hövzəsi[d]
Fəaliyyəti üləma, fəqih, siyasətçi, ruhani[d]
Atası Əli Xamenei
Anası Mənsurə Xocəstə Bağırzadə[d]
Həyat yoldaşı
  • Zəhra Hədad Adil[d] (2004–2026)
Uşaqları 3 (Muhammad Bağır Xamenei, Fatimə Xamenei daxil olmaqla)
Ailəsi Xamenei ailəsi
Dini İslam, şiəlik
Hərbi xidmət
Mənsubiyyəti İran
Qoşun növü Xalq Səfərbərlik Qüvvələri
Döyüşlər
Elmi fəaliyyəti
Elm sahəsi Bəsic

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Seyid Müctəba Hüseyni Xamenei (fars. سید مجتبی حسینی خامنه‌ای; 8 sentyabr 1969, Məşhəd) — İranlı siyasətçi və dövlət xadimi, din xadimi, Əli Xameneinin oğlu, mart 2026-cı ildən İranın 3-cü Ali Rəhbəri.

Həyatı

1969-cu ildə Rəzəvi Xorasan əyalətinin mərkəzi müqəddəs Məşhəd şəhərində doğulub. O, İranın keçmiş lideri Əli Xameneinin ikinci övladıdır. Məktəbi bitirdikdən sonra ilahiyyat təhsili alıb. İlk müəllimləri arasında Ayətullah Seyid Mahmud Haşimi Şarudi və öz atası Əli Xamenei olub.

1999-cu ildə müqəddəs Qum şəhərinin dini mərkəzində təhsilini davam edib, sonra ruhani səviyyəsinə qalxıb. Onun müəllimləri arasında Mesbah Yəzdi, Ayətullah Lütfüllah Safi Gülpayigani və Məhəmməd Baqir Xəzəri kimi ilahiyyətçilər olub.

Əvvəl xəbər yayılmışdı ki, o, 1 mart 2026-cı ildə İsrail və ABŞ-ın bombardmanı nəticəsində vəfat edib. Lakin, Axios xəbər saytının kəşfiyyat orqanlarındakı mənbələrə istinadən verdiyi məlumata görə, İran lideri Əli Xameneinin oğullarına hücum edilsə də, Müctəba sağ qalıb. Müctəba Xameneinin sağ qaldığı ehtimalını Bloomberg xəbər agentliyi də paylaşıb.

3 mart 2026-cı ildən etibarən Müctəba Xameneinin İranın Ali Lideri seçildiyi barədə ilk xəbərlər xəbər agentliklərində yayılıb.

6 mart 2026-cı ildə Zed TV kanalında xəbər verildi ki, Xamenei Tehranda hava zərbəsinin hədəfi olmuş ola bilər.

Siyasi fəaliyyəti

Bir vaxtlar Müctəba Qum şəhərinin dini mərkəzində ilahiyyət dərsi deyib. O, İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın qatı tərəfdarı olub, ona 2005 və 2009-cu il seçkilərində dəstək verib. Bu səbəblə Atası Əli Xamenei Müctəbanın dövət işlərinə təsirini zəiflətməyə çalışıb. Hətta bəzi mənbələr, bu ziddiyyətdən dolayı Müctəba atasına qarşı sui-qəsd cəhdində iştirak etdiyini iddia ediblər, Şübhələr o qədər artıb ki, Müctəba hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Əhmədinejad onu 2013-cü ildə dövlət vəsaitlərini mənimsəməkdə ittiham etdikdən sonra analitiklər siyasi ittifaqlarının sonu barədə danışmağa başlayıblar.

Müasir İranın bir çox tədqiqatçısına görə, Müctəba Əhmədinejadın seçki qələbəsində "əhəmiyyətli rol oynayıb"; hətta iyun 2009-cu il etirazların qətiyyətli şəkildə yatırılmasının arxasında Müctəba olub. Həmçinin Rəhbərin oğlunun birbaşa İslam İnqilabı Keşikçiləri Korpusuna tabeliyindəki və 2009-cu ilin yayında etiraz əhval-ruhiyyəsinin yatırılmasında mühüm rol oynayan könüllü milis qruplaşması olan Bəsicə komandanlıq etdiyinə dair ehtimallar var.

Çoxsaylı mətbuat xəbərlərinə görə, Müctəba atasının ehtimal olunan varislərindən biri olub. Lakin, İran Konstitusiyasına görə, Ali Rəhbər (Rəhbər) vəzifəsi irsi olmadığı üçün bu versiya ilə razılaşmayanlar da az olmayıb. Bundan əlavə, ekspertlər əvvəllər qeyd ediblər ki, "Müctəba güclü, müstəqil bir yol izləmək qabiliyyətini nümayiş etdirməyib". O şiə ruhanisi olmasına baxmayaraq, heç bir şəkildə Rəhbər olmaq üçün lazımi teoloji statusa malik deyil.

İİKK iyerarxiyasının ən yüksəksəviyyəli zabitləri daxil olmaqla, bir çox mühafizəkarlar Müctəbanı dəstəkləyərək, ölkənin maliyyə siyasətinə etiraz edə biləcək və mühafizəkarların regional siyasi xəttini dəstəkləmək üçün milyardlarla dollar ayırmasının məqsədəuyğunluğunu şübhə altına ala biləcək islahatçılara qarşı çıxdılar. Lakin, bir çoxları Rəhbərin oğlunun dini və siyasi statusunun onu öz varisi elan etməsi üçün kifayət etdiyinə inanıb.

7 mart 2026-cı ildə bir çox, o cümlədən İran media kanalları ilə verilmiş məlumata görə Müctəba Xamenei yaralanıb, ayaqları kəsilib (amputasiya edilib).

Ailəsi

O, İran Məclisinin keçmiş sədri Qulam-Əli Adilin qızı Zara Adil ilə evlidir. "WikiLeaks"də dərc edilən məlumatlara görə, Müctəbanın 2007-ci ildə Əli adlı bir oğlu olub. Lakin Müctəbanın anası Mənsurə Xocastə Bağırzadə, eləcə də Müctəbanın həyat yoldaşı və oğlu 28 fevral 2026-cı il hücumu zamanı Əli Xamenei ilə birlikdə həlak olublar.

Üst